60 sahibkarın iştirak etdiyi işgüzar görüşdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva və Azərbaycan Türk İş Adamlari İctimai Birliyinin sədri Mürsəl Rüstəmov sahibkarları salamlayaraq sahibkarlıq əlaqələrinin gücləndirilməsi üçün bu formatda görüslərin vacibliyini vurgulayaraq, daha sıx əməkdaşlıq addımlarının atılacağını qeyd edib.
Daha sonra Vergi üzrə ekpert Emin Səttarov vergi və qanunvericilikdə baş vermiş dəyişikliklər sahibkarları maraqlandıran məqamları vurğulayaraq, sahibkarların suallarını cavablandırmışdır.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndinə uyğun olaraq Məqsədlər üçün tərəfdaşlıga əsasən sahibkarlar özlərini və sahibkarlıq subyektlərini təqdim edərək tanıtımlarını etmişdir.