Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların arxasında böyük gənclər ordusu dayanır. Gələcəyimizin memarları olan gənclərə dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə yanaşılıb. Məhz bu kontekstdə dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi gənclər siyasəti hesab olunur.
Bu gün Azərbaycanda vətənpərvər, sağlam düşüncəli gənclər ordusu formalaşıb. Daima özünün savadı, biliyi, yenilikləri qısa zamanda mənimsəməsi ilə öndə olan gənclərimiz II Qarabağ müharibəsində tarixi sücaət, qəhrəmanlıq göstərdi.
Sözsüz ki, bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti böyük uğur və əzmlə davam etdirilir. Gənclərimiz də öz növbəsində cəmiyyətin inkişaf prosesində, ictimai-siyasi, sosial-iqtisadi sferalarda dövlət tərəfindən yaradılmış imkanları dəyərləndirərək bütün proseslərdə fəal iştirak edir.
Azərbaycanı beynəlxalq platformalarda müvəffəqiyyətlə təmsil edən gənclər ölkəmizlə bağlı əsl həqiqətlərin çatdırılmasında aktiv yer alıb. İdman, mədəniyyət, incəsənət və digər sahələrdə gənclərimizin uğurları Azərbaycanın adının və şanlı bayrağımızın zirvələrə qaldırılması ilə müşahidə olunur.
Hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olan gənclər qarşıdan gələn 7 fevral növbədənkənar prezident seçkilərində aktiv iştirak edəcək. Gənclərin bu seçkidə də favoriti cənab Prezident İlham Əliyevdir. Çünki ölkəmizin gələcəyi məhz güclü, sarsılmaz irədədən asılıdır. Azərbaycan bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi regional və qlobal miqyasda söz sahibidir.
Azərbaycan gənclərinin favoriti Yeni Azərbaycan Partiyasının namizədi cənab Prezident İlham Əliyevdir. Gələcəyimiz məhz Qalib Liderin rəhbərliyi ilə daha işıqlı olacaq.
Babayev Adəm
YAP Abşeron Rayon təşkilatının fəal üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Magistr tələbəsi