Bildiyimiz kimi, 7 fevral 2024-cü ildə Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri baş tutacaqdır. Hesab edirəm ki, bu seçkilər çox böyük tarixi əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq, Prezident seçkiləri Azərbaycanın bütün ərazilərində baş tutacaqdır. Odur ki, bu seçkilərdə iştirak etmək, bu tarixi hadisənin bir parçası olmaq hər bir azərbaycanlının həm vətəndaş borcu həm də fəxrdir.
Nəzərə almaq lazımdır ki, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi son 20 il ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, onun dönməzliyinin təmin edilməsi, iqtisadi qüdrətinin artırılması, mədəni tərəqqiyə nail olmaq istiqamətində apardığı ardıcıl, məqsədyönlü siyasət biz vətəndaşlar tərəfindən daim yüksək dəyərləndirilir. Məhz bu siyasətin müsbət nəticələrini hər birimiz demək olar ki, hər gün öz həyatımızda hiss edirik.
Yaxın keçmişə nəzər yetirsək görərik ki, cənab Prezident İlham Əliyevin Azərbaycanda apardığı ardıcıl siyasət nəticəsində ölkəmizdə Qarabağ probleminin həll edilməsinə nail olunub.
Təbii ki, bütün bu nailiyyətlər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və ciddi iradəsi, elmi və məntiqi cəhətdən əsaslandırılmış yanaşması, ən əsası isə kökündə vətənpərvərlik, insansevərlik dayanan qərarları sayəsində əldə edilib.
Pandemiya dövrünə nəzər yetirsək görərik ki, COVİD-19 virusuna qarşı mübarizənin əsas tərkib hissəsi olaraq iqtisadi cəhətdən həssas qruplardan olan həmvətənlərimizə, sahibkarlara, aztəminatlı insanlara yönələn və hər gün miqyası genişlənən sosial siyasət vətəndaşlarımızın güzəranının yaxşılaşdırılması üçün olduqca əhəmiyyətli hadisə idi.
Bu tarixi seçkilərdə müstəqi-müasir Azərbaycanımızın təminatçısı olan gənclər, dövlətimizi ictimai-siyasi, sosial-iqtisadi, bir sözlə bütün sferalarda layiqincə təmsil edən cənab Prezident İlham Heydər oğlu Əliyevi seçəcəkdir!
Ərhun Baxış
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvü