2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-də Ağdam rayon “Dördyol-1” qəsəbəsi və ətraf ərazilərdə yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirildi.
Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı komitəsinin sədri Məhiyyədin Əbdürrəhmanov, Kəlbəcərli ziyalılar, şəhid ailələri, qazilər və və rayon sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüş zamanı çıxış edən natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin Dəmir Yumruğu və Müzəffər ordumuzun qəhrəmanlığı ilə beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan ordusu 44 gündə reallığa çevirib. 2024-cü il 7 fevral ölkəmizdə keçirilən növbədənkənar seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan soydaşlarımızın bir hissəsi böyük quruculuq və abadlıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında və azad olunmuş digər yerlərdə səs verəcəklər andı. Bütün bu nailiyyərlər bir daha göstərir ki, xalq seçimlərində yanılmayıb.
Çıxış edən seçicilər vurğulayıblar ki, cənab prezident İlham Əliyevin alternativi yoxdur, biz bu seçkilərdə tək namizd kimi xalqımızın lideri İlham Heydər oğlu Əliyevi görürük. Hər birimiz seçki məntəqələrinə gələrək bayram əhvali- ruhiyyəsi ilə “Qalib xalqın qalib Lideri” nə öz səsimizi vərəcəyik!
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.