“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrə Siğmayan Ömür,Heydər Əliyev-100” adlı layihəsinin icrası çərçivəsində 19.12.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında start götürən mini futbol üzrə Qazax rayon turnirinin qalibləri bəlli olub.
Turnirin tərəfdaşları Qazax-Tovuz Regional Gənclər və İdman idarəsi , Qazax Təhsil sektoru və Qazax Olimpiya İdman Kompleksidir.
28.12.2023-cü il tarixdə turnirin final oyunları keçirilib. İlk olaraq Qazax Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunaraq xatirəsi bir daha anıldı. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların əziz xatirəsi bir dəqiyqalıq sükütla yad edildi. “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Qazax rayon gəncləri ilə birlikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini yad etməkdir. Eyni zamanda məqsəd gənclərin vətənə və dövlətə bağlılığının artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarının düzgun və səmərəli təşkilidir.
Daha sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elcin Cəfərov turnir iştirakçılarına uğurlar arzuladı və gəncləri bədən tərbiyyəsi, idmanla məşğul olmağa cağırdı.
Çıxışlardan sonra final görüşünə start verildi. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticəsi aşağıdakı kimi olub:
I yer – I Şıxlı
II yer – Qazax № 2
III yer – Məktəb Lisey
Turnirin qalibləri medal , diplom və kuboklarla mükafatlandırıldılar.
Turnir sonunda iştırakçılar və qonaqlar Azərbaycan Respublikasının Gənclər Fonduna dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildiriblər və belə turnirlərin tez tez kecirilməsini arzulayıblar.