Noyabrın 7-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə “Zəfərin Zirvəsində 2023” adlı tədbir keçirilib. Tədbirdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş 40 şəhid ailəsi, dövlət rəsmiləri və AQSİA üzvləri iştirak edib.
Türkdilli qadın sahibkarlar komisiyyasinin təşəbbüsü, AQSİA idarə heyəti və üzvlərin təşkilatçılığı ilə keçirilən tədbirdə AQSİA idarə heyətinin sədri Səkinə Babayeva hər kəsi salamlayaraq 44 günlük müharibənin başlanmasından bu günə qədər hər zaman, vətən keşiyində duran, şəhid, qazı ailərinin yanında olduğunu, şəhid xanımlarının evdə məşğulluğunun təminatı üçun hər zaman təkan və dəstək verildiyini vurğulayıb.
Tədbir çərçivəsində şəhidlərin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib, Şəhid övladlarının iştirakı ilə hazırlanmış müxtəlif ifalar dinlənilib.