
Qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nin 78 Baş Məclisində iştirak etmək üçün səfər öncəsi keçirilən mətbuat konfransında vacib mesajlar verdi. Çox hörmətli Ərdoğan Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsində Azərbaycan, Ermənistan və Rusiya danışıqlar formatında bu ölkələrin liderlərinin razılığı olarsa Turkiyənin də iştirak edə biləcəyini açıqladı. Bu mesaj demək artıq beynəlxalq təşkilatların müzakirə mövzusuna çevrilib. Əslində hətta müharibəyə qədər uzun illər ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə Türkiyənin regionun ən nüfuzlu dövləti kimi, bu üçlü formatda iştirakı arzu olunurdu. Demək olar ki, bu həmin dövrlərdə gündəmdə olan məsələ idi. Amma çox təəssüf ki, erməni diasporu və lobbisinin güclü təsirə malik olduğu ABŞ, Fransa və Rusiya üçlüsünə Türkiyənin də daxil edilməsinə imkan verilmədi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu təklif keçmiş ATƏT Minsk qrupunun həmsədrlərindən olan Fransa kimi ermənipərəst dövlətin erməni lobbisinin ruporu olan Makron kimi siyasətçiləri qıcıqlandırır: “Ötən illər ərzində Qarabağ münaqişəsinin həllində dünya erməniliyinin Türkiyəni uzaqlaşdırması işğal altında olan Azərbaycan torpaqlarının erməni işğalında saxlanması idi. Türkiyənin bu münaqişənin ilk günündən danışıqlar formatında iştirakı isə tarixi xərurətdir. Fakt odur ki, Türkiyə cənab prezident Rəcab Tayyib Ərdoğanın liderliyi ilə bugün dünyanın ən nüfuzlu ölkələrindəndir. Türkiyə tarix boyu Qafqaz bölgəsində təsiri ola biləcək üç ölkədən “Rusiya, İranla bərabər” biri hesab edilir. Amma necə ola bilər ki, okeanın o tayından olan ölkə və ya ermənidən daha çox erməni xislətli Fransa bölgədə “meydən oxuya bilir?”. Bu baxımdan da tarixi, mədəni, hüquq baxımından, üç xristian və ermənipərəst dövlətin qərəzli mövqeyini balanslaşdırmaq üçün Türkiyə mütləq bu prosesdə yer almalıdır. Çünki bu gün Türkiyə və ya Ərdoğan dedikdə sülh, problemlərin həlli, əməkdaşlıq yada düşür. Müasir dünyada münaqişə ocaqlarının həllində R.T.Ərdoğan Türkiyəsinin böyük rolu var. Bunun Afrikada, Somalidə, Balkanlarda, Rusiya-Ukrayna müharibəsində şahidi oluruq”.
Millət vəkili hesab edir ki, çox hörmətli R.T.Ərdoğanın vermiş olduğu bu mesajının arxasında ciddi proseslər dayanır: “Sözsüz ki, Qardaş Türkiyə prezidenti bu mesajının gerçəkləşməməsi üçün adekvat yanaşmalar ortaya atılacaq. Amma necə deyərlər ox yayından çıxmışdır. Əminliklə demək olar ki, Türkiyə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qoşularsa bütövlükdə bölgədə dayanıqlı sülhün, inkişafın və təhlükəsizliyin təminatı mümkün ola bilər. Bununla da bölgə ölkələri arasında sülh və əməkdaşlıq üçün başlıca zəmin formalaşacaq. Sözsüz ki, bu format Ermənistan və erməni xalqı üçün də çox önəmlidir. Bu gün rəsmi statistikaya görə Türkiyədə yüz mindən artıq Ermənistan vətəndaşı qeyri-rəsmi miqrant kimi yaşamaqdadır. Amma rəsmi Ankara və Türk xalqı buna bir humanizm kimi höz yumur. Erməni xalqı belə humanizmi anlamasa da qardaş Türkiyənin sərgilədyi mövqe məhz bunu ehtiva edir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab R.T.Ərdoğanın səsləndirdiyi mesaj bölgədə son vaxtlarda fitnə və xaos yaratmaq istəyən qüvvələrə “yerinizi bilin” deməkdir: “Bu gün bölgədə olan ölkələr Azərbaycan və Türkiyənin sərhəddində yerləşir. Bunun fonunda Azərbaycanla qardaşlıq bağlılığını və Şuşa Bəyənnaməsini nəzərə alınsa Türkiyənin, cənab R.T.Ərdoğanın nə qədər haqlı olduğu öz təsdiqini tapır. Naxçıvanla bağlı Qars müqaviləsini də xatırladılsa qardaş Türkiyənin danışıqlar prosesində iştirakda “gecikdiyini” desək yanılmarıq. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyənin danışıqlar prosesində iştirakı Azərbaycanın maraqlarını tam təmin edir”.