Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə 2017-ci il oktyabrın 26-da təsis olunub. 2017-ci il dekabrın 22-də isə dövlət qeydiyyatına alınıb. Ölkə rəhbərliyinin tövsiyyəsi ilə təsis olunan qurumun əsas məqsədi ölkədə qadın sahibkarlığının inkişafına dəstək olmaqdır. AQSİA-nın İdarə heyətinin sədri “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayevadır.
Siyasətinfoya Assosiasiyanın yaranma zərurətindən və onun bu günə kimi gördüyü işlərdən, hədəflərindən danışan AQSİA sədri Səkinə Babayeva ölkəmizdə qadın sahibkarlığını stimullaşdırılması, təşviqi ilə bağlı bir çox işlərin görüləməli olduğunu bildirib.
O qeyd edib ki, qeyri-hökumət təşkilatı statusunda fəaliyyət göstərən Assosiasiyanın məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınlar arasında sahibkarlıq ideyasının geniş şəkildə təşviq olunmasıdır: “Bu məqsədlə Assosiasiya ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərində qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasına, potensialının gücləndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına mühüm önəm verir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verən sahələrdə davamlı inkişaf proyeksiyaları üzrə fəaliyyətlərin dəstəklənməsi əsas hədəf kimi götürülüb. Bununla yanaşı sahibkar qadınların maraqlarının qorunmasına, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsi də təşviq edilir. Assosiasiya həmçinin səmərəli əməkdaşlıq və kollektiv tərəfdaşlıq imkanlarının təmin olunmasına dəstək göstərir. Bunun üçün Assosiasiya yerli və beynəlxalq tədbirlər, o cümlədən forum və konfranslar, təlim və seminarlar təşkil edir. Bununla yanaşı təşkilat qadın sahibkarlığının inkişaf etdirilməsinin konseptual əsaslarının işlənib hazırlanması üçün elmi araşdırma və sosioloji sorğular, qiymətləndirmə və monitorinqlər aparır, məlumatlandırma aksiyaları və maarifləndirmə kampaniyaları keçirir”.
AQSİA sədri bildirib ki, təşkilat yarandığı gündən bir çox işlər görüb: “Bu günə qədər 3200-dən çox tədbir keçirilib. Burada əsasən 22 istiqamətdə qadınların iş fəaliyyətində təşviqidir. Bununla bağlı struktur və strategiya mövcuddur. Assosiasiya 13 nəfər ibarət seçilmiş idarə heyətinin üzvləri qarşıda duran vəzifələrin və prinsiplərin icrasında mühüm rola malikdir. Bu gün ölkəmizdə qadınların iş qurmaq, sahibkarlıq və digər sahərlədə aktivliyini təmin etmək üçün Assosiasiya əlindən gələni edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu istisadi islahatlar ölkəmizdə qadın sahibkarlığının da inkişafına müsbət təsir edib. Bu mənada təşkilatımız sıradan çıxmaq təhlükəsi ilə üzələşən bir sıra iş sahələrinin innovativ yanaşmalarla yenidən canlanmasına çalışır. Bununla bağlı dünyada mövcud olan yeni mexanizmlərin Azərbaycana gətirilməsi və tətbiqidir. Fiziki iqtisadi fəaliyyətin rəqəmsal innovasiyalarla təmini, texnika və texnologiyalardan istifadənin gücləndirilməsində Assosiasiya öz imkanlarını günü-gündən genişləndirir. Son iki ildə əldə edilən nailiyyətlər bunu bir daha təsdiq edir. Burada əsasən VÖEN-ni olan fərdi sahibkar qadınların ətrafında daha çox insanın cəmləşməsi və işləyən qadınların sayını artmasına töhfə vermək kimi başlıca prinsiplər təşviq olunur. Çünki yaradıcı qadınlarımız da öz ətrafında olan insanların iş prosesinə cəlb edilməsində maraqlı olmalıdır. Bununla yanaşı menecment, marketin sahəsində qadınların faiz dərəcsinin artırılması üçün stimullaşdırıcı addımların atılması əsas vəzifələrdən idi. Çünki biz bu sahəyə nəzər saldıqda qadınların iştirak faizinin yox dərəcəsində olduğunu gördük. Ona görə də, bu sahəyə kpklü yanaşmaq lazım idi. Amma aparılan təşviqat, keçirilən treninqlərin nəticəsində bu sahədə bəlli səviyyədə yüksəlişə nail olunub. İndiyə kimi xanımlarımız ancaq stüardessa kimi çalışırdılarsa daha sonra onların mexaniz, sürücü, və digər üstün vəzifələrdə açlışması da mümükn olur. Bu sahədə bizim ənənələrimiz var”.
Səkinə Babayeva vurğulayıb ki, Assosiasiya respublika daxilində və xaricində bir çox dövlət və özəl qurumlarla tərəfdaşlıq edir: “Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə ən müasir elmi yeniliklərin tətbiqi, bunun iqtisadiyyatda daha çox yer alması kimi başlıca prinsiplərdə ortaya qoymuş olduğu strategiya bizim Assosiasiya üçün də bir yol xəritəsinə çevrilib. Bununla bağlı bəlli mesajlar var. Hər kəs də bunu qəbul edir. Burada qadınların digər sahələrdə olduğu kimi memarlıq sahəsində də Azərbaycan özünün tarixi ənənələri ilə inkişaf etməkdədir. Sara xanım Aşurbəyli kimi yaşayıb, yaratmış bizim üçün örnək olmuş şəxsiyyətlərimiz var. Eyni zamanda bu gün də millətimizin yeni parlaq simaları üzə çıxır. Bu sahədə də Assosiasiya mühüm rola malikdir”.
Ardı var…