“Təbəssüm Yarat” komandası bu dəfə Masallıya səfər edib.
Siyasətinfo xəbər verir ki, komanda yardımsevər insanlardan toplanan ianələrlə şəhid İntiqam Əsgərli adına məktəbin 100-ə yaxın şagirdini məktəbli ləvazimatları və geyimlərlə təmin edib.
Xatırladaq ki, “Təbəssüm Yarat” kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda – Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik, Şəki, Tovuz, Gəncə, Lənkaran və Masallıda baş tutub.
30-a yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır. Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.