
3 avqust 2023-cü il tarixində İZİKAD, Azərbaycanla Türkiyə arasındakı ticarət və iqtisadi inkişafı məqsədi ilə Türkiyə-Azərbaycan İş Forumu keçirildi.
İZİKAD-ın İdarə Heyətinin sədri Betül Sezginin Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq forumunda Av. Ceren Tekinin moderatorluğunda AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, İZTO İdarə Heyətinin üzvü Jülide Tutan, ESSİ Gözəllik Mərkəzlərinin qurucusu Zübeyde Nacar, TAYKON Çelik İdarə Heyətinin üzvü Ömer Telcioğlu, Ege Dəri və Dəri Məhsulları İxracatçıları Birliyi İdarə Heyətinin sədri Erkan Zandar, SOCAR Türkiyə Bazarlama Müdürü Dr. Mevlüt Çankaya, AHA Enerji İdarə Heyətinin üzvü Elvan Aygün, TMMOB Peyzaj Memarları Palatasının Şöbə Palatasının sədri Odası Elvin Sönmez Güler spiker olaraq yer aldı.
Forum sonrası Azərbaycan iş insanları ve Türk iş insanları arasında B2B görüşlər keçirildi. B2B görüşlərlərinin nəticəsi Min Bir Şirniyyat Şəmkir Evi və Vali ustanın halvası, Qadın Dünyası Gözəllik Şirkətinin İzmir şəhərində yerləşən Esderma MD şirkəti arasında yeni biznes əməkdaşlığına ikili imzalar atıldı.
Daha sonra görüşdə iştirak edən qadın sahibkarlar fəaliyyətləri ilə bağlı bir-birini məlumatlandırıb sahibkar qadınların şəbəkələşməsinə dəstək məqsədi ilə keçirilən bu görüşlərin onlar üçün çox faydalı olduğunu vurğulayıblar.
Həmin gün İZİKAD ailəsi AQSİA qadın sahibkarların səfərinə rəsmi ziyafət təşkil edib. Rəsmi ziyafətdə hər iki Birliyin üzvlərinə hədiyyələr təqdim edildi. Bu görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndinə bərabərdir.








