Prezident İlham Əliyevin ABŞ prezidenti Co Baydenə Amerikanın milli bayramı-Müstəqillik günü münasibətilə təbrik məktubu iki ölkə arasında münasibətlərin xarakterini əks etdirir. Azərbaycan-ABŞ münasibətlərinin dinamik inkişafı ilə yanaşı məktubda iki ölkə arasında əməkdaşlığın perspektivlərdindən də bəsh edilib. Eyni zamanda iki ölkə arasında münasibətlərin bir çox istiqamətlər üzrə yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, məktubda bir sıra sahələr üzrə strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrdən bəhs edilib: “Ölkəmizin başçısı məktubunda beynəlxalq terrorizmə qarşı iki ölkənin birgə fəaliyyətinə toxunub. Azərbaycanla ABŞ arasında münasibətlər baxımından bu faktın səciyyələndirici amil olduğu öz əksini tapıb. Bu bir reallıqdır ki, terrorizmə qarşı qlobal mübarizə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan II Qarabağ müharibəsi nəticəsində Cənubi Qafqazda terrorizmə, separatizmə sarsıdıcı zərbə vurub. Bununla da ölkəmiz regionda təhlükəsizliyin təmin olunmasına vacib töhfə verib”.
Millət vəkili məktubda həmçinin ABŞ-ın Azərbaycanın enerji sahəsində həyata keçirdiyi bütün transmilli layihələrdə dəstək verdiyi qeyd edilib: “ABŞ-ın Azərbaycanın enerji siyasətini dəstəkləməsi Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edir. Çünki bu gün Azərbaycan dünyanın enerji xəritəsində qlobal dəyişikliklər edib. Bu baxımdan da Azərbaycan enerji təhlükəsizliyi məsələsində dünyada aparıcı etibarlı tərəfdaşa çevrilib”
Aqil Məmmədov bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərində beybəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, sülh müqaviləsinin hazırlanmasında ABŞ təşəbbüslərlə çıxış edir: “Azərbaycan, ABŞ-ın bu səylərini yüksək qiymətləndirir. ABŞ-ın davamlı sülhün təmin olunması istiqamətində səy göstərməsi ölkələrimiz arasında münasibətlərin dimanikasına mühüm təsir göstərir. İyunun 27-29 tarixlərində ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçirilməsi davamlı sülhün təmin olunması üçün vacib təsirə malik idi”.