Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) üzvləri Cəlilabadda çiyələk festivalında iştirak ediblər.
AQSİA-dan Siyasətinfoya bildirilib ki, assosiasiyanın üzvü Cahan Hommadovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 60 mindən çox ziyarətçi iştirak edib.
Qeyd olunub ki, Cəlilabad rayonu çiyələk istehsalı üzrə dünyada 10-cu, Avropada 6-cı sıradadır. Ümumilikdə bu il festivalda 10 böyük çiyələk istehsalçısı olan sahibkar, 30-dan çox digər sahibkarlıq subyektləri iştirak edib.
Sözügedən festivalda assosiasiyanın əl əməyi ilə məşğul olan üzvlərinin əl işlərindən ibarət sərgi də təşkil olunub.