Cənab Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən sentyabrın 30-da Bakıda görkəmli saz-zöz ustadı Aşıq Ələsgərin abidəsinin açılışı olduqca önəmli mədəniyyət hadisəsi hesab olunur. Sözsüz ki, bu ölkəmizdə mədəniyyətə və mədəniyyət xadimlərinə saz-söz ustadlarına verilən yüksək qiymətin bariz nümunəsidir. Aşıq Ələsgər öz dövrünün tanınmış söz ustadı olmaqla yanaşı, özündən sonra zəngin irs, məktəb qoyub şəxsiyyətlərimizdən biri olub. Onun zəngin yaradıcılığı, milli kimliyimizin ifadəsi olmaqla yanaşı ədəbiyyatımızın üçün misilsiz söz xəzinəsidir. Saz-söz ustadı, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Göyçə aşıq məktəbinin parlaq siması Aşıq Ələsgərin Bakının mərkəzində möhtəşəm abidəsinin ucaldılması tarixi hadisədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Abidənin açılış mərasimində cənab Prezident Dədə Ələsgərin yaradıcılığının Azərbaycan ədəbiyyatı, saz-söz sənəti ilə yanaşı xalqımızın yaddaşında dərin iz qoyuğunu vurğulayıb. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin ucaldılması, ilk növbədə, onun xatirəsinə Azərbaycan xalqının hörmətinin əlaməti kimi təcəssüm edilir. Bu həmçinin Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını bir amal uğrunda birləşməyə səsləyir”, – deyə o əlavə edib.
Millət vəkili bildirib ki, Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün ölkə başçısının məlum Sərəncamları mövcuddur: “Bu Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Dövlətimizin başçısının Aşıq Ələsgərlə bağlı ikinci bir Sərəncamı isə onun abidəsinin ucaldılması ilə bağlı idi. Məhz Bakı şəhərinin mərkəzində Aşıq Ələsgərin abidəsinin ucaldılması sözə, sənətə, mədəniyyətə, onun daşıyıcılarına verilən ən yüksək qiymətdir. Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb, yaradıb. Amma bütün bunlara rəğmən uzun ömür yaşayan aşıq ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Aşıq Ələsgər 97 yaşı olanda yəni, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoyub. Bu fakt isə XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan birinci deportasiyası sayılır. Bu deportasiya dövründə Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcər rayonuna köçüb. Amma öz yurd-yuvasından uzaqda qala bilməyən aşıq bütün təhlükələrə baxmayaraq, doğma Ağkilsə kəndinə qayıdıb və orada vəfat edib”.
Deputat vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də saz-söz ustadının əziz xatirəsinə hər zaman böyük hörmət və ehtiram bəsləyib: “1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib. Daha sonra Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin doğma kəndində, Ağkilsədə abidəsi ucaldılıb. Təəsüf ki, xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini də dağıdıblar. İşğal dövründə Qarabağda, Şərqi Zəngəzurda erməni barbarları tərəfindən dağıdılan tarixi abidələr, görkəmli şəxsiyyətlərin abidələri, məscidlər kimi Aşıq Əlsgərin də Ağkilsədəki abidəsi vandallığa məruz qalıb. Ölkəmizin başçısı da çıxışında xalqımızın XX əsrdə üç dəfə deportasiyaya məruz qalmasına diqqət çəkib. Xalqımızın ermənilər tərəfindən birinci deportasiyası 1918-ci ildə həyata keçirilib. 1940-50-ci illərdə isə Azərbaycan xalqı ikinci dəfə deportasiyaya məruz qalıb. 1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində isə xalqımıza qarşı erməni təcavüzkarlarının üçüncü deportasiyası baş verib. İki deportasiyadan müəyyən zaman keçdikdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtıb. Əminik ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaq. Sözsüz ki, vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq. Hətta o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri də vətən həsrəti ilə yaşayır”.
Məlahət İbrahimqızına görə, Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında Azərbaycan xalqı tam əmindir ki, bu gün Qərbi Azərbaycana da qayıdacayıq: “Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, ölkəmizin ərazi bütövlüyü suverenliyinin bərpa olunması Qərbi Azərbaycanlılarda nikbinlik yaradıb. Bununla bağlı mühüm strateji hədəflər var. Azərbaycan dövləti bu günə qədər Ulu Öndər Heydər Əliyev strategiyasına uyğun olaraq bütün hədəflərinə çatıb. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin məntiqi sonluğu da Azərbaycan xalqının milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına, dövlətimizin daha da güclənməsinə xidmət edir. Şərqi Zəngəzur və Qarabağda ucaldılan şanlı bayrağımız tarixin zəfərimizin təntənəsi hesab edilir. Əminik ki, bu zəfərin davamı olaraq bir gün də Qərbi Azərbaycanlılar öz ata-baba yurdlarına qayıdacaq”.