Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İH üzvü Sona Hüseynova və bir sıra üzvlər, Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə görüşüblər.
Görüşdə AQSİA-ya sədri Səkinə Babayeva Fransada keçirilən “Qarabağ İncilərinin Avropa sədası” adlı layihənin təqdimat mərasimi və moda defilesi haqda ətraflı məlumat verib.
Bildirib ki, Parisdə keçirilən bu mötəbər tədbirdə əsas dəstəkçimiz Azərbaycanın Fransadakı səfirliyi və Paris-Azərbaycan evi, həmçinin, Fransada Azərbaycanın Dostları Assosiasiyası olub.
Daha sonra çıxış edən Mirvari Fətəliyeva Azərbaycan və Fransada olan sahibkar qadınların şəbəkələşməsinin və gələcək birgə layihələrdə iştirakının önəmindən söz açıb.