Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva mayın 19-da Tatarıstanın paytaxtı Kazan şəhərində, Kazan Expo Beynəlxalq Sərgi Mərkəzində olub.
AQSİA sədri “Rusiya-İslam Dünyası: Kazan Forumu” 2023-cü il 14-cü Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Səkinə Babayeva həmçinin “Made in Azerbaijan” adı altında təşkil edilən sərgiyə qatılıb.
Assosiasiya sədri sərgidə Azpromo və kiçik və orta sahibkarlara dəstək nümayiş etdirib.
Sərgidə eyni zamanda baş nazirin müavini Şahin Mustafayev, KOBİA sədri Orxan Məmmədov, Azpromo prezidenti Yusif Abdullayev və ASK prezidenti Məmməd Musayevin də iştirak edib.