II Qarabağ müharibəsindən sonra 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinə Ermənistanın sona qədər əməl edəcəyi gözləntisi var idi. Döyüşdə məğlub olub kapitulyasiya aktına imza atmış Ermənistanın bu şərtlərə uyğun davranmaqdan başqa çıxış yolu yox idi. Amma erməni xisləti növbəti dəfə gözləntilərin əksini sübut etdi. Azərbaycanın Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsi üçün hümanist yanaşması fonunda Laçın yolundan istifadəyə razılıq verməsi qarşı tərəfin çirkin niyyətləri üçün sanki bir keçid rolunu oynamağa başladı. Amma müharibə bitəndən sonra bu yolla Azərbaycan ərazilərinə ancaq silah-surast, mina təxribatçı, terrorçu daşınıb. Ona görə də, Azərbaycan vaxtaşırı olaraq həm rus sülhməramlılalarına, həm də erməni tərəfində bu qanunsuz hərəkətlərə son qoymaq üçün çağırışlar edir, tələblər göndərirdi. Amma özlərinin çirikin xislətindən imtina edə bilməyən Ermənistan və onun havadarları Azərbaycanın növbəti sərt mövqeyi ilə üzləşəcəklərini bəlkə də guman etmirdilər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, indiki şəraitdə Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsənin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir: “Sözsüz ki, 12 dekabr 2022-ci ildən etibarən Laçın-Xənkəndi yolunda azərbaycanlı fəalların keçirdiyi etiraz aksiyasının başlanması ilə yolda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi. Bu baxımdan atılan addım ərazimizə qanunsuz daşımaların qarşısını birdəfəlik almış olacaq. Çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər üçün istifadə edirdi. Bu yolla silah-sursat, minalarla yanaşı Azərbaycanın talan olunan təbii sərvətləri də daşınırdı. Məhz bu yoldan sui-istifadənin nəticəsidir ki, indi rus sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlılarının sayı durmadan artıb”.
Deputat bildirib ki, Azərbaycan tezliklə Laçın daxil olmaqla digər azad olunmuş ərazilərə mülki insanlar köçürəcək: “Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələrin olması də qaçılmaz ola bilərdi. Eyni zamanda vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməz bir hal hesab edilirdi. Məhz bu konteksdə dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır”.
Məlahət İbrahimqızına görə, Laçın-Xankəndi yolunun girişində Azərbaycan DSX-nın postunun qoyulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır: “Əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlamağa cəhd edəcəklər. Amma hər kəs bilməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər qalıb yaşaya bilərlər. Separatizm meylləri olan şəxslər üçün qapı açıqdır”. Bu mənada Qarabağda yaşayan ermənilər də Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, o qədər də tez yerli erməni əhalinin həyat tərzi yaxşılaşar”.