Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasının (Milli Assambleyanın) Azərbaycan əleyhinə qəbul edilmiş etmiş olduğu “qətnamə” heç bir hüquqi əsasa, fakta söykənmir. Bu cür “qərarlar” sadəcə olaraq selektiv xarakter daşıyır. Azərbaycana qarşı Fransa hökumətinin çıxarmış olduğu absurd “qətnamələr” açıq şəkildə qərəzdən, ayrı-seçkilikdən qaynaqlanır. Tamamilə erməni lobbisinin əlində oyuncaq bir alətə çevrilmiş Fransa senatı və milli assambleyası şəxsi maraqlar kontekstində öz dövlətinin imicinə ciddi zərbə vururlar. Çünki Avropada erməni lobbisinin sifarişləri ilə oturub-durmaq yekunda heç də uğurlu bir gediş hesab edilmir.
Bunu Siyasetinfoya Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, I Qarabağ müharibəsinin nəticəsi olaraq 20 faiz Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmişdi: “Bu işğal nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı öz vətənində qaçqın və məvburi köçkünə çevrilmişdi. Ermənistan həmin dövr azərbaycanlılara qarşı soyrıqım, etnik təmizləmə siyasəti həyata keçirib. Ərazilərdə misli görünməmiş vandallıq, barbarlıq edib. İslam dəyərləri, Azərbaycan xalqına məxsus tarixi, mədəni abidələr, yaşayış məntələri, infrastruktur tamamilə məhv edilib. Amma 30 ilə yaxın ATƏT-in Minsk Qrupunda həmsədr kimi yer alan Fransa bu prosesdə heç bir müsbət rolda xarakterizə olmayıb. Çünnki bu ölkənin özü mahiyyət etibarı ilə terrora, soyqırıma dəsətk verir. Vaxtilə Fransanın Afrika ölkələrində xüsusəndə Əlcəzairdə törətmiş olduğu etnik təmizləmə, soyqırım siyasəti heç kəsin yadından çıxmayıb. Bu mənada Fransanın Ermənistana “dayaq” durması terrorçunun terrora dəstək verməsi kimi bir anlam ifadə edir”.
Millət vəkili bildirib ki, 2020-ci ilin 10 noyabrından sonra Cənubi Qafqazda yeni bir reallıq yaranıb: “Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü təmin edib. BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etmiş olduğu qərar və qətnamələr icra edilib. Bu Azərbaycanın beynəlxalq hüquqa olan birmənalı münasibətinin göstəricisidir. II Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana daimi sülhün təminatı üçün 5 maddədən ibarət sülh təklifi göndərib. Sadəcə olaraq hələ də Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh müstəvisində konkret addım atmaqda cəsarətsizlik nümayiş etdirir. Eyni zamanda Ermənistanı bu və ya digər şəkildə qızışdırmağa çalışanlar da bu məsələdə yəni, sülh müstəvisində atılacaq addımlara birbaşa əngəl törədirlər. Fransa və İran kimi dövlətlərin selektiv yanaşmaları isə yekunda Ermənistan üçün daha ağrılı nəticələr doğura bilər. İşğal daha sonra isə Azərbaycan və qardaş Türkiyə ilə münasibətləri yoluna qoya bilməmək, cəsarəti, qəttiyyəti olmayan Ermənistan bütün regional inkişaf konsepsiyalarından uzaq qalır. Bu da sözsüz ki, erməni cəmiyyətinin ağır sosial-iqtisadi durumuna mənfi təsirlərini daha da artırır. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi Avropadan və İrandan ona verilən “ümidlərə” deyil, Azərbaycan təklif etdiyi sülh konsepsiyasına inansın. Çünki sülhün əleyhinə olacaq hər bir addım Ermənistan üçün daha böyük fəlakətlər yarada bilər. Fransa kimi özünün qaranlıq keçmişindən dərs çıxara bilməyən dövblətlərin qanunverici orqanlarının çıxarmış olduğu qondarma “qərarlar” o zaman Ermənistana heç bir fayda verməyəcək”.