
Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərin qurulmasına, inkişafına, qarşılıqlı maraqlar müstəvisində daha geniş spektorda əlaqələrin formalaşmasında maraqlıdır. Ölkəmiz hər zaman regionda mümkün sülhün, sabitliyin təminatı fonunda qonşu dövlətlərin da maraqlarının təmin edilməsini başlıca amil kimi önə çəkib. Bu mənada Azərbaycanın qonşu dövlətlərlə xüsusi ilə Gürcüstanla əlaqələrinin xarakteri diqqəti cəlb edir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi xüsusi önəm kəsb edir: “Ölkəmizin Gürcüstanla münasibətlərinin inkişafı prioritetdir. Məhz bu baxımdan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri xüsusi əhəmiyyətə malikdir. Bu səfər iki ölkə arasındakı münasibətlərin bundan sonrakı müstəvidə daha da inkişafına təkan verən amil olcaq. Hazırkı dövrdə Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Bu konteksdə Azərbaycan-Gürcüstan münasibətlərinin indiki səviyyəsi regional əməkdaşlıq nümunəsi kimi də səciyyələndirilir”.

Millət vəkili hesab edir ki, müəyyənləşmis qarşılıqlı maraqlar müstəvisində strateji tərəfdaşlıq münasibətləri mütəmadi sürətdə yeni keyfiyyətdə daha da zənginləşir: “Bu baxımdan da Gürcüstan baş nazirinin ölkəmizə budəfəki səfərinin məqsədi iki dövlət arasında yüksək səviyyədə olan əlaqələrin inkişafına və qarşılıqlı maraqlar müstəvisində digər sahələr üzrə şaxələnməsinə, daha da güclənməsinə müsbət təsir göstərəcək. Sözsüz ki, iki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin Gürcüstana səfərləri də mühüm rol oynayır. Azərbaycan Prezidentinin 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olması mühüm tarixi hadisə hesab edilir. Məhz bu baxımdan da Prezident İlham Əliyev Azərbaycan Gürcüstan müttəfiqlik səviyyəsinə qalxan münasibətlərimizin “yalnız ölkələrimiz və bölgə üçün deyil, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib”.
Deputat vurğulayıb ki, Azərbaycan və Gürcüstan bu gün Avropanın enerji təhlükəsizliyi və təminatında vacib rola malikdir: “Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmasını bu mənada xüsusi ilə qeyd etmək olar. İndiki mərhələdə isə Orta Dəhliz layihəsi də diqqətdən kənarda qala bilməz. Çünki Azərbaycanla Gürcüstan bu təşəbbüsün əsas iştirakçıları və müəlliflərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi “yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var”.
Sevinc Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə xüsusəndə cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda birgə paneldə iştirakı da mühüm önəmə malik olduğunu söyləyib: “Davos İqtisadi forumunda Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası və burada səslənən bəyanatlara vacib əhəmiyyə kəsb edir. Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan Gürcüstan münasibətləri hər iki xalqın maraqlarına, dövlətlərimizin inkişafına xidmət edir”.