
Cənubi Qafqazın ən nüfuzlu siyası təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkə tarixinin çox mürəkəb və ciddi sınaqlara məruz qaldıgı bir dövrdə ziyalıların təşəbüsü və fəal iştirakı ilə tanınmış dövlət xadimi, Ümummilli Lider Həydər Əliyev tərəfindən 1992-ci ildə yaradılıb. Ölkədə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, huquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsini qarşıya hədəf qoyan bu Partiya qisa müddət ərzində xalqın dərin nüfuzunu qazanmış və 1995-ci ildə iqtidar partiyasına çevrilib. Cəmiyətimizin yarıdan çoxunu (51%) təşkil edən və tarixin sınaqlarından alnıaçıq, üzüaq çıxan Azərbaycan qadını YAP-ın yaradılmasının ilk günündən onun yanında olmuş, Partiyanın yeritdiyi siyasəti dəstəkləmiş və bütün siyasi proseslərin fəal iştirakçılarından olub.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Şərqdə ilk dəfə seçib-seçilmək hüququ alaraq cəmiyətin siyasi proseslərinə qoşulan Azərbaycan qadını sovet dönəmində daha çox elm, təhsil, mədəniyyət, səhiyyə sahələrində uğur qazanmışdırsa o, malik olduğu potensialını ölkəmiz müstəqillik əldə etdikdən sonra realızə etməyə nail olub: “Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınlarımız qısa müddətdə yüzilliklərə bərabər inkişaf yolu keçdi. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verdi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın sədri, Ulu Öndər Heydər Əliyev daim bu sahəyə göstərdiyi diqqət və qayğısı ilə ölkənin ictimai-siyasi həyatında qadınların fəal iştiraklarının təmin edilməsı üçün davamlı tədbirlər həyata keçirib. Qadınlar hər zaman böyük qüvvə, dayaq kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizin inkişafında qadınlarımızın rolunu önə çəkərək, Partiya sıralarında qadınların çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Məhz Ulu Öndərin təklifi əsasında YAP-ın strukturunda 1995-ci ildə Qadınlar Şurası yaradılıb. 1998-ci ildə isə bu sahədə dövlət siyasətinin həyata keçirən Dövlət Qadın Komitəsi fəaliyətə başlayıb. Azərbaycan Qadınlarının Birinci Qurultayı keçirilib”.
Millət vəkili vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin sədrliyi ilə YAP dövlətçiliyin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynayır: “Əsası Ulu Öndər tərəfindən qoyulmuş uğurlu gender siyasəti çox ugurla həyata keçirilir. Ölkəmizdə bununla bağlı inkişafı təmin edən və təkmilləşdirilən hüquqi baza mövcuddur. “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılıgının qarşısının alınması haqqında” qanunlar qəbul olunub. Gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləgv olunması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində ölkədə mühüm addımlar atılıb. “Azərbaycan qadınlarının rolunun artırılması haqqında ” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata kecirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradıb. Hazırda Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutur. Ölkənin bütün sahələrində və hakimiyyətin qollarında təmsil olunur. Həmçinin bu gün Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti, milli təhlükəsizlik, hüquq-mühafizə orqanlarında, ordu sıralarında, təhsil, səhiyyə, kənd təsərrüfatı, idman, informasiya və kommunikasiya texnologiyaları sahələrində kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunur və ölkənin inkişafında mühüm rol oynayır”.
Deputat deyib ki, ölkəmizdə qadınlar yüksək rəhbər vəzifələr tutur: “Birinci vitse-prezident, 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət Komissiyasının sədri, 9 nazir müavini, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman), Konstitusiya Məhkəməsinin Sədr müavini və diqər vəzifələrdə qadınlarımız təmsil olunur. Bir çox İcra Hakimiyyəti başçılarının müavinləri vəzifələrinin ən az birini qadınlar tutur. Ali Qanunverici Orqan olan Milli Məclisdə qadınların təmsilçiliyi 1990-ci illə muqayisədə 4,3%-dən 18,2%-dək artıb. Həmçinin Milli Məclisin sədrliyinə də qadın seçilib. Eyni zamanda Milli Məclisin 2 komitə sədri və 3 komitə sədrinin müavini də qadın deputatlardır. Məhkəmə hakimiyətındə isə çalışan hakimlərin 14%-i qadınları təmsil edir. Cəmiyətimizin özünüidarəetmə strukturundada qadınlarımızın sayı mühüm dərəcədə artıb. Son bələdiyyə seckilərində bələdiyyə üzvü secilmiş qadınlarin sayi ilk bələdiyyə seckilərində secilmış qadın üzvlərin sayı ilə muqayisədə demək olar ki, on dəfə, 4 %-dən 39%-dək yüksəlib. Ölkəmizdə elm sahəsində tədqiqatçıların 58%-ı, bədən tərbiyəsi və idmanla məşqul olanların 40%-ı, təhsil, səhiyyə və mədəniyət sahələrində calışanların isə böyük əksəriyyətini qadınlar təskil edir. Qadınlarımızın ictimai fəallığı və təşəbbüskarlığında artım dinamikası muşayyət olunur. Əgər bir necə il bundan əvvəl çox az sayda qadın təşkilatları fəalliyət göstərirdisə, hazırda 400 yaxın QHT rəhbəri qadındır. Bu isə onu göstərir ki, qadınlar artıq iqtisadi, sahibkarlıq, ictimai-siyasi və hüquqi müstəvidə öz hüquqlarını bilir, təşkilatlanmış formada fəaliyyət göstərir. Eyni zamanda qadınlarımızın siyasi fəallığı da artıb. Hazırda minlərlə qadın müxtəlif partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəalliyət göstərir. 61 siyası partiyada birləşən qadınlarımız bu partiyaların seçkili orqanlarında təmsil olunanların 23 %-ni təşkil edir”.
Təftiş Komissiyasının sədri bildirib ki, Umummilli Lider Heydər Əliyevin Azərbaycan qadınına olan yüksək münasibət məhz sıralarında 770 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yarıyadək üzvünü qadınlar təşkil etlməsi ilə xarakterizə olunur: ”Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət, iqtisadiyyat və digər sahələrdə calışan insanlar var. Partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olmuş VII qurultayında sonra Partiyaya qəbul olunmüş yeni 29829 üzvdən 17940 nəfəri qadındır. YAP-ın sıralarında birləşən qadınlar hər zaman dövlətçiliyın xidmətində dayanaraq, ölkənin və Partiya rəhbərının siyasətini dəstəkləyir, üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir, ölkəmizi ləyaqincə təmsil edərək Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Ölkəmizin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib. Bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir”.
Sevinc Hüseynova Mehriban xanım Əliyavanın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində görülən çox mühüm işlərdən bəhs edib: “Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında” qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişikliyin edilməsində Mehriban xanım Əliyavanın müstəsna rolu olub. Azərbaycan qadınının ugurlu fəaliyəti təmsil etdiyi Partiyaya da ugur gətirir. Bu baxımdan da,YAP digər partiyalar üçün örnəkdir. Bu gun Azərbaycan qadını ölkə tarixinin ən qururlu günlərini yaşayır. Azərbaycan Prezidenti, Müzəfər Ordumuzun Yenilməz Sərkərdəsi, Qələbə Salnaməsinin yaradıcısı olan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə qadınlarımızın tərbiyə etdiyi övladlar 30-illik həsrətə son qoydu. Zəfərlə nəticələnən “Dəmir Yumruq” əməliyyatı xalqımızı ən ümdə və müqədəs arzusuna çatdırdı. Erməni faşistlərinin işgalı altında olan tarixi torpaqlarımız azad olundu. Hazırda qadınlarımız erməni vandalları tərəfindən talan olunmuş ərazilərin çiçəklənən diyara çevrilməsi prosesində də ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və bu sahədə üzərinə düşən vəzifələrı əzmlə həyata keçirirlər”.