30 noyabr və 2 dekabr 2023-cü il tarixində Şimali Kipr Türk Respublikasında GİKAD-ın təşkilatçılığı ilə Sahibkar Qadınlarının Zirvəsi keçirilib.
Zirvənin əsas məqsədi – Türk Respublikalarının sahibkar qadınlarının iş əlaqələrinin möhkəmlənməsi, üfüqdə yeni fürsətlərin görünməsi, təcrübə mübadilələrinin bölüşülməsi olub. Zirvənin 1-ci günü, 30 noyabr 2023-cü il tarixində açılış mərasimi keçirilib.
Açılışda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bütün Türk Dünyası İş Qasınlarını salamlayıb.
Səkinə Babayeva AQSİA-nın fəaliyyətindən danışıb və Zirvənin işinə uğurlar arzulayıb.
Tədbirdə Türkiyənin və Şimali Kipr Türk Respublikasının müxtəlif bölgələrindən sahibkar qadınlar və AQSİA-nın fəal üzvləri iştirak edib. Zirvə BMT Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci Dayanıqlı şəhər və icmalar, 17-ci Məqsədlər üçün tərəfdaşlıq məqsədlərinə uyğundur.