Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy rayonunun Əlinağılar və Arısu kəndlərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib
Millət vəkili ilə görüşdə seçicilər tərəfindən edilən müraciətlər əsasən sosial, işsizlik və məşğulluq, həmçinin rabitə və yüksəksürətli internet xidməti ilə təmin edilməsi, kəndlərin qazlaşdırılması məsələləri ilə bağlı olub
Həmçinin Əlinağılar və Arısu kəndlərinin elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilər tərəfindən qaldırılmış məsələ müsbət həllini tapdığına və hazırda “Azərişıq” ASC tərəfindən şəbəkələrin yenidənqurma işlərinin davam etdirildiyinə görə seçicilər öz minnətdarlıqlarını bildirib.
Deputat uzun müddət təhsil sahəsində çalışmış, YAP fəalı, pensiyaçı Rafiq Abdullayevin həyat yoldaşı Nərgiz Abdullayevanın yas mərasimində iştirak edib.
Qeyd edək ki, Milli Məclisin deputatı Sevinc Hüseynovanın seçicilərlə görüşləri davam edir.