Tarixən Azərbaycan və Misir dövlətləri bir-biri ilə dostluq və qardaşlıq münasibətlərində olmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanla Misir arasındakı münasibətlər dinamik şəkildə inkşaf etmişdir. Eyni zamanda ölkələrimiz hər zaman beynəlxalq miqyasda bir-birini dəstəkləmişdir.
Siyasetinfo xəbər verir ki, bunu Milli məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O qeyd edib ki, Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına böyük təkan verəcək: “Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında səmərəli görüşlər keçirildi. Keçirilən görüşlər iki ölkə arasındakı mövcud əlaqələrin daha da inkşafına və əməkdaşlıqda yeni perspektiv sahələrinin yaranmasına böyük töhfə verəcək”.
Deputat bildirib ki, ölkə başçımız cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın Ermənistana dəfələrlə sülh təşəbbüsü irəli sürməsindən danışıb: “Eyni zamanda Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycanın təkbaşına BMT qətnamə lərini icra edərək işğala son qoyduğunu və ədaləti bərpa etdiyini vurğuladı. Bəli, Ermənistanın illər ərzidə ölkəmizə qarşı işğalçılıq və terror siyasəti həyata keçirməsinə baxmayaraq Azərbaycan tərəfi bir erməni sivil vətəndaşın burnu belə qanamadan 21-ci əsrin müharibəsini aparaq, BMT qətnamələrini, ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi. Bütün bunlar Azərbaycanın və möhtərəm prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin göstəricisidir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, səfər zamanı Azərbaycanla Misir arasında iqtisadi, ticari və digər sahələrin də inkşafı ilə bağlı geniş müzakirələr aparılıb: “Bu gün Azərbaycanda müdrik və uğurlu xarici siyasət kursu həyata keçirilir. Bunun da nəticəsidir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Ölkəmizin inkşafı, xoşbəxt gələcəyi və Azərbaycanın dünyada nüfuzunun, qüdrrətinin artması naminə ölkə başçımız cənab İlham Əliyev gecə gündüz yorulmadan çalışır”.