YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş professor Hicran Hüseynova Sumqayıt Dostlar Klubuna üzv olan şəhərin ziyalıları və ağsaqqalları ilə görüşüb.
Professor onların dəyərli təkliflərini dinləyib və Sumqayıtın inkişafı, sosial məsələlər, həmçinin klubun fəaliyyətinin gücləndirilməsi üçün müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb.
Təklif olunan dəyərli fikirlərin gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.
Vurğulanıb ki, bu xüsusda klub üzvlərinin fəallığı və şəhərin inkişafına verdikləri töhfələr təqdirəlayiqdir.