Azərbaycan Dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində Ulu öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun dönməz xarakter alması istiqamətində böyük bir siyasi kurs həyata keçirilən siyasi kursun nəticəsidir ki, biz müasir Azərbaycanın vətandaşları olaraq həmin siyasi kursun nəticələrini artıq bu gün görməkdəyik. Təbiidir ki, bugünkiü nəticələrin əldə ediıməsində Ulu öndərin layıqli davamçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətləri vardır.
Xüsusilə son 20 il ərzində Azərbaycan bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də özünəməxsus, geniş, əhatəli ekoloji siyasət qurmuşdur. Bildiyimiz kimi, ekoloji siyasətin qurulması həyata keçirlməsi həm ölkədə təbii resurs potensialının qorunması, həm də bitki örtüyünün, heyvanlar aləminin hansılar ki, sayı azalmaqdadır, sayının artırılması və bərpası istiqamətində mühüm addımlar atılmışdır.
Bütün tədbirlərdə olduğu kimi ekoloji siyasətidə həm daxili siyasətdə bu birbaşa ekoloji tarazlığın qorunması, həm bitki örtüyün artırııması, nəsilləri kəsilməkdə olan heyvanların sayının artırılması, ölkəmizdə ətraf mühitin mühafizəsi və eko-bioloji sistemin tarazlığının qorunması istiqamətinə xidmət edir. Digər bir istiqamət isə xarici siyasət kursunda ekoloji məsələlərdən istifadə olunması ilə bağlıdır və bu istiqamətdə ölkəmizdə möhtəşəm işlər görülmüş və bütün bu görülmüş işlər 2020-ci ilim Vətən müharibəsində qzandığımız zəfər ilə daha da genişlənmiş və əlamətdar olmuşdur.
30 illik işğal dönəmində Azərbaycan əhalisi soyqırmına məruz qalmış, torpaqlarımız, ərazilərimiz viran edilmiş, Azərbaycan xalqı Qarabağ və ətraf rayonlarda ekoloji fəsadlarla üz-üzə qalmışdır. Təbii ki, ölkəmizin erməni işğalı nəticəsində baş vermiş ekoloji flıakətlər barədə müvafiq dövlət qurumları və kütləvi informasiya vasitələri tərəfindən dünyaya zəruri lməlumatlar verilmişdir. Təbii ki,irimiqyaslı yanğınlar, bölgədəki çayların çirkləndirilməsi, digər tərəfdən meşələrin qırılması, Tuqay meşəsinin, Zəngilandakı Bəsitçay qoruğunun kütləvi şəkildə qırılması ekoloji qətliam kimi də dəyərləndirilə bilər. Təbii ki Azərbaycan dövləti bütün ideolji siyasətdə olduğu kimi ekoloji sahədə də üzləşdiyi bu miqyası görünməyən ekoloji vandalizm aktı barədə öz xarici siyasət kursunda bunun dünyaya çatdırılması və tətbiqi istiqamətində çox
ciddi işlər görmüşdür. Vətən müharibəsindən sonrakı dövrdə ermənilərin bizə vurduğu zərərlərin nəticələrini gözlərimizlə daha yaxşı görrə bildik. Ölkəmiz artıq bu ekoloji vandalizmin nəticələrinin aradan qaldırılması istiqamətində vahid hədəfə doğru ardıcıl siyasət yeridir, buna biz yeni meşə zolaqları massivlərinin salınması, eyni zamanda bölgədəki çayların hidroenerji ehtiyatlarından istifadə etməklə ölkədə yaşıl bərpaolunan enerji mənbələrinin sayının artırılması, eyni zamanda çaylaırn çirklənmələrinin qarşısının alınması, çaylarda biomüxtəlifliyin təmin edilməsi üçün bura müxtəlif cinslərdən olan ənənəvi balıq növlərinin kürülərinin atılması və s. misal göstərə bilərik. Bu gün ölkəmiz bərpaolunan və yaşıl enerji mənbələrindən istifadə ilə bağlı qarşısına məqsədlət qoymuş və burada əsas hədəf ekoloji tarazlığa veriləcək töhfədir ki, müxtəlif karbohidrogen yanacaqların hesabına işləyən İ.E.S.lərin enerjivermə gücünü bir qədər azaltmaqla ekoloji tarazlığı qorumaq olub, ikinci məqsəd isə iqtisadi maraqlara dayanır. Bu da ondan ibarətdir ki, biz bərpaolunan və yaşıl enerji hesabına öz enerji ehtiyaclarımızı ödəyək və daha çox qazı, nefti yanacaq məqsədilə xaricə istehsal edə bilək ki bunin da dövlət büdcəsinin artırılmasında xüsusi rolu vardır. Bildiyimiz kimi, bu il noyabr ayında COP 29 adlı böyük bir tədbirə ölkəmiz ev evsahibliyi edəcək və necə ki, illər öncə Azərbaycan multikulturalizm dəyərlərinin ölkədə tətbiqi baxımından dünyaya bir multikulturalizm Azərbaycan modelini ortaya qoymuşdursa, inanırıq ki, Azərbaycan özünü beynəlxaql ekoloji problemlərə yanaşma tərzini təqdim edəcək və yaxın illər ərzində bu tədbirdən sonra artıq dünyada təkcə multikulturalizmin Azərbaycan modelini yox, ekologiyanın qorunması, ekoloji çicəklənmənin Azərbaycan modelini də dünyaya təqdim edə biləbiləcəkdir.İnanırıq ki COP 29-un Bakı tədbirində ətraf mühitin qorunması istiqamətində ciddi müzakirələr olacaq və burada ölkəmzin mövqeyi təkcə öncül mövqe olaraq yox, müəyyənedici mövqe olaraq qəbul olunacaqdır. Heç şübhəsiz ki, bu da Azərbaycanın dövlət siyasətinin növbəti uğurlarından birii kimi qiymətləndirilməlidir, necəki biz yenə qeyd edirəm tolerantlıq və multikulturazimə görə dünyada öz modelimizi tanıtdıq, eyni zamanda qoşulmama hərakatında ölkəmizin iştirakı və bu hərkatda lider olması az qala bütün dünyanın qoşulmama hərakatı deyəndə Azərbaycanı gözünün önünə gətirməsi və nəhayət COP 29-dan sonra da ölkəmizin ekoloji problemlərlə baxışının özündə əks etdirdiyi yeni Azərbaycan modelinin ortaya qoyulması ilə sonlanacaq. Bütün dünya bir daha görəcək ki, Azərbaycan bütün bəşəriyyətə xidmət edən ali məqamlar, ali məqsədlər üçün çalışır. Bu təkcə sözdə, düşüncədə, fikridə, ayrı-ayrı proqramlarda, kağız üzərində deyil, möhtəşəm əməllərdə də özünü göstərəcək,dövlətimiz bir daha Alii Baş komandanımızın rəhbərliyi altında öz sözünü əməldə ortaya qoyan bir dövlət kimi öz sözünü deyəcəkdir.
Ərhun Baxış
YAP Səbail rayon təşkilatının üzvü, «Bir könüllü» Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin İnsan Resursları Departamentinin rəhbəri