“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” adlı laihəyəyə start verib.
Prezdident İlham Əliyev sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nından irəli gələn məsələlərin təbliğ edilməsini hədəfləyən layihənin məqsədi Açıq Hökumətin və ictimai nəzarətin təşviqi, ölkədə yeni formalaşan ictimai şuraların prosesslərə daha aktiv qoşulmasını təşviq etməkdir.
Bunun üçün Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar rayonlarının icra hakimyyətləri yanında ictimai şura üzvləri ilə birgə təlimlər keçirləcək. Təlimlərə yerli ictimaiyyət nümayəndələri və gənclər də cəlb olunacaq. Həmin rayonlarda fəaliyyət göstərən altı İctimai Şuranın 30 üzvü təlimlərdə iştirak edəcək.