Demək olar ki, hər gün bir qadının döyüldüyünü eşidir, bıçaqlandığı və öldürüldüyü xəbərini oxuyuruq. Nə edirik? Ancaq xəbərləri oxuyur və susuruq. Niyə? Çünki “Nə işimiz var camahatın ailəsi ilə” ifadəsini işlədir və özümüzü həmin məsələdən uzaqlaşdırırıq. Qadının çarəsizliyini, kimsəsizliyini görmürük. Bəli qanunvericilikdə qadın haqqları qorunur və dövlətimiz tərəfindən onların haqqlarının qorunması ilə bağlı addımlar atılır. Bəs ictimai qınaq? Bəs bizim qonşumuzda, yaxınlarımızın ailələrində gördüyümüz şiddətə səssiz qalmağımızın səbəbi nədir? Heç düşünürkmü o qadın haqqlarını bilmir? O, qadın qorxur hayqırmağa, fəryad qoparmağa, haray çəkməyə. Cavabını mən verim düşünmürük! Çünki “bizdən uzaq olsun nə olur olsun” fikri bizə imkan vermir. Ancaq bu şiddətə cəmiyyət olaraq reaksiya verməliyik. Kişi və ya qadın fərq etmir gördüyümüz şahidi olduğumuz şiddətə gözümüzübağlayıb qulağımızı tıxamamalıyıq. Milli mənəvi dəyərlərimizdə qadını necə hörmətli tuturuqsa, dinimiz qadını necə dəyərləndirirsə bunu bilməklə kifayətlənməməliyik. Əməli işimizdə də göstərməliyik. Bizim qanunlarımız alidir, dövlətimiz hər bir vətəndaşının yanındadır! Bizdə bu işdə səssiz qalmayaq. Qadına Qarşı Şiddətə Son!!
Akif Əmirov