
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir çox vasib məsələlərə toxunulub. Ölkəmizin başçısı Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı durumu, sülh müstəvisində atılan addımlardan bəhs edib. Eyni zamanda son dövrlər bəzi beynəlxalq təşkilatların erməni lobbisinin təsiri altında atmış olduğu addımlardan, verilən yanlış qararlardan danışlıb. Bu xüsusda Avropa Şurasının Azərbaycana qarşı qarşı riyakar, qərəzli münasibət sərgilədiyi vurğulanıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir: “Sözsüz ki, bu kimi qərəzli yanaşmaların parlament diplomatiyasına və platformasına ziddi olduğu diqqətə çatdırılıb. Beynəlxalq miqyasda tanınan bir təşkilatın bu qədər cılız səviyyəyə düşməsi təəsüf hissi yaradır. Amma bu bir reallıqdır. Fransa prezidenti Emmanuel Makronun erməni icmasından və lobbisindən almış olduğu təlimatlar fonunda AŞPA kimi təşkilatlarda da belə bir acı reallıq ortaya çıxmış olur. Çünki Makron və erməni lobbisi hazırda Azərbaycana qarşı Qərbdə səlib yürüşünə çıxıb. İslamafob, anti-Azərbaycan, anti-Türkiyə tezisləri hazırda erməni lobbisinin təsiri altında olan bir sıra Qərb təşkilatlarının devizinə çevrilib”.
Deputat hesab edir ki, bu təhlükəli tendensiya daha çox onların özlərinə zərbə vuracaq: “Uzun müddət yanlış istiqamətdə siyasət aparmaq nəhayət Fransa, Almaniya və bəzi Qərb təşkilatları üçün faciəvi sonluqla nəticələnəcək. Vaxtilə Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq müstəvidə təzyiq və təpkilərin edilməsi idi. Ölkəmizin AŞPA-dan belə bir gözləntiləri var idi. Lakin Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı”.
Millət vəkili AŞPA gözlətinlərin əksinə olaraq erməni lobbisinin təsiri altında ölkəmizə qarşı ədalətsiz mövqe sərgilədiyini bildirib: “AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinə qarşı olan haqsızlıq bunun son hədi idi. Məhz haqlı olaraq Azərbaycan nümayəndə heyəti buna cavab olaraq qurumdakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dondurmalı olub. Burada bütün məsuliyyət AŞPA-nın üzərinə düşür. Onlar Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpası istiqamətində konkret addım atmalıdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi əks təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılması qaçılmaz olacaq”.