Əziz Nəsimi rayon seçiciləri və sakinlər, bacılarım və qardaşlarım,
Daima Xalqımıza, Ordumuza və möhtərəm Prezidentimizə agız dolu dua edən ağsaqqal atalarımız və ağbirçək Analarımız, dəyərli gənclərimiz.
Artıq üç gündən sonra 7 Fevral 2024-cü il tarixində ölkəmizdə Prezident seçkilərinin təbliğat və təşviqat kampaniyasını başa çatır. Bu müddət ərzində bərabər olduq, bir olduq. Yenidən hər birimiz Dəmir Yumruğun zərtəsi olduq. Bu seçki bəlkə də dünyanın nadir seçkisidir ki, insanlar bu seçkidə iştirak etməyi müqəddəs bir borc hesab edirlər. Bugünədək yəni bu seçki kampaniyasında sizlərlə iştirak etdiyim 49-cu mitinqdir. Nə qədər mətin və qürurlu Xalq olduğumuzun bir daha şahidi oldum. Bu görüşlərdə və mitinqlərdə Sizin hər birinizin ötən dövrlərdən bugünədək Ulu Öndərimizə sadiqliyinizi, etibarınızın, möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımıza sədaqətlə xidmətinizin, möhtərəm Birinci vitse.prezidentimizə olan rəğbətinizin şahidi olduq. Sizin hər birinizin müdrikliyinizin sayəsində öz LİDERİNİZİN arxasında alınmaz qala və sarsılmaz dayaq olduğunuz üçün möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab Əliyev dünya erməniliyi ilə savaşda Azərbaycan Xalqını dünyaya Qalib Xalq kimi tanıtdı.
O, Sizə güvəndi və Siz isə ona güvəndiz. O, Sizin etimadı doğruldu, Siz də onun etimadını doğrultduz. Bugün Xalqımız böyük sevinc və coşqu ilə bu seçkiyə hazırlaşır. Avropanın, hətta Amerikanın, Makron kimi siyasətçiləri və dövlət adamları, ikiüzlü, riyakar beynəlxalq təşkilatlar Azərbaycan Xalqının ruhunu, daşıdığı milli duyğuları və milli dəyərləri anlamaz. Çünki bu bir Zəfər seçkisidir, Xalqın Zəfəri qazananlara şükranlıq və minnət borcunu bəyan etmək, rəsmiləşdirmək günüdür. Yola saldığımız 49 mitinqdə Nəsimi rayonunun Seçicilərnin əksəriyyəti öz arzu və fikirlərini ifadə edərək, bu seçkidə verəcəkləri səslə möhtərəm Prezidentimizə sevgi, inam və etimadlarını ifadə edəcəklərini bildirirlər. Bugünədək keçirilən bütün görüşlərdə iştirak edən hər bir seçicinin əziz Prezidentimizin təbliğatçısı olduğunu şahidi olduq. Bir daha Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk Zəfər seçkisinin, Prezident seçkilərinin təşviqat kampaniyasında çox fəal iştirakınıza görə Sizlərə sonsuz minnətdarlığımızı bildiririk. Əminik ki, seçkidə izdihamlı iştirakınızla 7 Fevralı çağdaş tariximizə bir xalq hərakatı, el bayramı kimi daxil olacaqdır. Sizin hər birinizin çıxışı bir daha Möhtərəm Prezidentimizə olan sonsuz məhəbbət və sədaqətinizi təzahürüdür. Bu seçkidə vüqarlı Xalqımız gələcəyimizə, gəncliyimizə, gələcək nəsillərimizin xoşbəxt taleyinə, ölkəmizin, eləcə də, bölgəmizin əmin-amanləğına, təhlükəsizliyinin və dayanıqlı inkişafının qarantına, əzmkarlığı, müdrik diplomatiyası, sarsılmaz siyasi iradəsi və qətiyyəti ilə seçilən cəsarəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi olan, sözü, imzası və əməli bir olan Qalib Liderimizə səs verəcəkdir.Təkcə növbəti yeddi il üçün deyil həm də, iyirmi il üçün yenidən mandat verəcəkdir. Biz əminik ki, 7 Fevral Zəfər seçkində Xalqımız izdihamlı seçki fəllalığı ilə ölkəmizi sevməyən qüvvələrə layiqli cavab olacaqdır. Qədirbilən Nəsimi rayon Sakinləri məğlubedilməz Azərbaycanın Lideri möhtərəm Prezidentimizin siyasət və diplomatiya meydanında apardığı prinsipial mübarizəsini minnətdarlıqla qarşılayır və alqışlayır.
Əziz Seçicilərimiz, bir daha Sizin hər birinizə təşəkkür edirik.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan.
Yaşasın Qalib Xalqın Qalib Lideri!
Qarabağ Azərbaycandır!