Bu gün Azərbaycan gəncliyi qalib ölkənin vətəndaşı kimi böyük qürur yaşayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında mühüm önəm kəsb edir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə gənc nəslə olan diqqət və qayğı artırıldı. Dahi şəxsiyyətin gənclərlə bağlı vermiş olduğu vacib qərarlar ölkəmizin ictimai-siyasi həyatında onların rolunun daha da artmasına mühüm töhvə oldu. Məhz ulu öndərin 1995-ci ildə irəli sürdüyü təşəbbüs nəticəsində 1996-cı ildən Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyevin çıxışı əslində ölkəmizdə gənclər siyasətinin mühüm yol xəritəsi idi. Eyni zamanda ulu öndər bu çıxışında Azərbaycan gəncliyi qarşısında mühüm vəzifələrin dayandığını da önə çəkmişdi.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Gənclər Forumunda qarşıya qoyulmuş vəzifələrin icrasını bu sahədə yaratdıgı keyfiyət dəyişiklərini nəzərə alaraq, həmin gunü fevralın 2-si İmzaladıgı Sərəncamla Azərbaycan Gənclər Günü elan etdi: “Məhz o dövrdən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir. Bu bir reallıqdır ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələr bərpa olundu. Bu sırada xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də uğurla davam etdirildi. Məhz bunun nəticəsi olaraq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil almağa göndərilmişdi. Bununla yanaşı istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin təzahürü idi”.
Deputat hesab edir ki, gənclərin Ulu Öndər Heydər Əliyevin təsəbbüsü ilə azərbaycançılıq ideologiyası ətrafında birləşməsi olduqca mühüm amil idi: “Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir” – deyən Ümummilli Lider Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi istiqamətində mühüm addımların atılmasını təmin etmişdir. Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsi istiqamətində atdığı addımlar məhz bu günki sağlam vətənpərvər gənclərin formalaşmasında rolu olduqca böyükdür. Sözsüz ki, gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi hesab edilir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi xarakterizə olunur. Məhz gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümü kimi qəbul edilir”.
Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən, formalaşn vətənpərvər gənclər Rəşadətli Azərbaycan Ordusunun sıralarında torpaqlarımızın azadlığı uğrunda Vətən uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya sübut etdi: “44 günlük Vətən Müharibəsində və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərində həmin qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırmaqla Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bəyan etdilər. Sözsüz ki, hər zaman ictimai-siyasi proseslərdə fəal olan gəncliyimiz qarşıdan gələn növbədənkənar prezident seçkilərində də ölkəmizin, xalqımızın, dövlətimizin gələcəyi naminə Qalib Liderin, Müzəffər Ali Baş Komandanın ətrafında birlik, həmrəylik nümayiş etdirəcək”.
Məlahət İbrahimqızı vurğulayıb ki, gənclik müstəqil dövlətimizin onlara yaratdığı yüksək imkanlar sayəsində üç rəngli bayrağımızı daima zirvələrdə saxlayacaq: “Şuşada, Xankəndidə dalğalanan dalğalanan şanlı üçrəngli bayrağımızı gənclər ucaltdı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin bərpa olunması güclü dövlət anlayışı ilə yanaşı vətənpərvərlik hisslərinin ən yüksək pilləsi ilə xarakterizə olunur. Ermənistanın 30 ilə yaxın ərazilərimizdə keçilməsi mümkün olmayan sədlərini məhz qəhrəmanlarımız qısa zamanda darmadağın etdi. Sıldırım qayaları dırmaşaraq düşmənlə yeri gələndə üzbə-üz döyüşdə onu məhv edərək torpaqlarımızdan qovan qəhrəmanlarımız hər birimiz üçün örnəkdir. Gələcək nəsillər bu tarixi uğur və qələbə fonunda Azərbaycanın daha mütərəqqi ideyalarla inkişafına nail olacağına tam əminlik mövcuddur”.