Fransa prezidenti Emmanuel Makronun Qranada sammitində Azərbaycanla və qardaş Türkiyə ilə bağlı vermiş olduğu açıqlamalar ikiüzlülükdəın, riyakarlıqdan ibarətdir. Bu bir reallıqdır ki, Makronun yanlış siyasəti sayəsində Fransa dünyadan təcrid edilir. Vaxtilə müstəmləkəçilik, sömürgəçilik etdikləri Afrikadan belə Fransa qovulur. Çünki zaman-zaman Fransa Afrika ölkələrində etnik təmizləmə, soyqırım siyasəıti həyata keçirib. Eyni zamanda Fransa dünyada milli azlıqlara qarşı dözümsüz siyasət yürüdən ölkələrdən biri kimi tanınır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu gün Fransa gücün dili ilə siyasət yürüdə bilməyəcək: “Ona görə də, Makron XXI əsrin tələblərinə uyğun davranış sərgiləməli, hüququn dili ilə ünsiyyət qurmalıdır. Öz ölkəsi daxilində milli azlıqlara qarşı böyük diskiriminasiya aparan Fransa olimpiya oyunlarında belə başı örtülü müsəlman xanımların yarışda iştirakına qadağa qoyub. Bu sözsüz ki, açıq şəkildə Fransanın mahiyyətini göstərən iyrənc siyasətdir. Eyni zamanda Avropanın özündə də milli, dini azlıqlarla böyük problemlər mövcuddur”.
Millət vəkili bildirib ki, Makron kimi riyakar siyasətçilərin nə deməsindən asılı olmayaraq Azərbaycan dövləti özünün bildiyi doğru siyasəti həyata keçirir: “Prezident İlham Əliyev öz xalqına güvənərək beynəlxalq hüquqa uyğun olaraq 30 ilə yaxın Ermənistanın işğalında qalan ərazilərini azad etdi. Ölkəmiz BMT-nin bununla bağlı çıxarmış olduğu qətnamələri təkbaşına icra etdi. Əslində Makron kimi dövlət başçıları üçün bu utanc səhnəsi idi. Çünki Fransa bu münaqişənin tənzimlənməsində Minsk Qrupunun həmsədri kimi vasitəçi idi. Amma çox təəsüf ki, Fransanın da yer aldığı Minsk Qrupunun iştirakı ilə münaqişənin həlli istiqamətində bir addım da olsun irəliyə doğru addım atılmadı”.
Deputat hesab edir ki, məhz Fransa kimi ölkələrin Ermənistana olan münasibəti fonunda keçmiş münaqişə vəziyyəti həll edilmədi: “Bu gün də, Fransa Makronin timsalında ermənilərin maraqlarından çıxış edir. Fransanın bu günki yanaşması bu faktı təsdiqləyir. Qranada da baş tutan görüşdə Nikol Paşinyanın bir daha Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanata imza atması əslində reallığın ifadəsi idi. Amma Makron kimi siyasətçilərin sayəsində bölgədə yeni gərginlik yaranması istəyi açıq görünür. Bu baxımdan da Avropa Parlamentinin Azərbaycanla bağlı tələm-tələsik, fakta və hüquqa əsaslanmayan “qətnaməsi” heç bir əhəmiyyət kəsb etmir. Bu cür “qərarlar” erməni lobbisinin istək və arzularının ifadəsi kimi önə çıxır. Ona görə də, heç bir təsir gücünə və mexanizminə malik deyil. Hətta Avropa Parlamentinin sədri də özünün tvitter səhifəsində Azərbaycanın qısa müddətli antiterror tədbirlərində heç bir etnik təmizləmə və dinc insanlara qarşı hücumların olmadığını bildirib. Vaxtilə ABŞ tərəfindən qəbul edilən rüsvayçı “907-ci” düzəlıiş də sonradan əhəmiyyətsiz qərar kimi gündəmdən çıxdı. Bu mənada Avropa Parlamentinin qərarı da sadəcə olaraq kağız üzərində qalacaq. Azərbaycan güclü dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Makron kimi riyakarların niyyətləri alt-üst olacaq. 44 günlük Vətən Müharibəsində də cənab Prezident İlham Əliyev Makron zehniyyətində, düşüncəsində olan adamlara dərs verdi. Eyni zamanda qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hər zaman Makrona yerini, həddini bildirib. Ona görə də, Fransanın hazırkı dövlət başçısının aktiv siyasətdən getməsinin vaxtı çoxdan çatıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, əgər Makron erməniləri bu qədər çox sevirsə Fransada konkret olaraq Marsel şəhərindən onlara istədikləri muxtariyyəti verə bilər: “Ona görə də, Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesinə Fransa maneə olmamalıdır. Bu kimi təxribatçı ölkələr prosesdən nə qədər uzaq olsa bu məsələlər daha tez uğurla yekunlaşa bilər. Qarabağın erməni sakinləri ilə bağlı qaldırılan hay-küyün də heç bir əsası yoxdur. Qarabağın erməıni sakinləri Azərbaycan qanunları əsasında normal yaşamaq hüququ əldə edəcək. Bununla bağlı artıq konkret addımlar atılıb. 300 mindən artıq Qərbi Azərbaycanlı da öz ata-baba yurduna dönüşlə bağlı veriləcək qərarı gözləyir. Ermənilərə Azərbaycan ərazisində yaşamaları üçün təklif edilən reinteqrasiya konsepsiyası Qərbi Azərbaycanlılar üçün president olmalıdır”.