
“Mənim fəaliyyətim haqqında dediyiniz sözlərə, verdiyiniz qiymətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, Sizin dəstəyiniz durur. Çünki Sizin arxanızda xalq dayanır… Sizin etimadınızı doğrultmaq elə xalqın etimadını doğrultmaqdır.”
Mehriban xanım Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva müstəqilliyimizin ilk illərindən gənc dövlətimizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirmiş və, həyata keçirdiyi unikal layihələrlə həm ölkə həyatında, həm də ölkəmizin sərhədlərindən çox uzaqlarda böyük əks-səda vermişdir. Məhz 90-cı illərin əvvəllərində Mehriban xanım Əliyeva rəhbərlik etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları” təşkilatının xətti ilə həyata keçirdiyi misilsiz layihələrlə mədəniyyətin dili ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış və çoxsaylı uğurlarla ölkəmizdə mədəniyyət diplomatiyasının əsasını qoymuşdur. Bütün fəaliyyəti boyu hansı vəzifəni icra edibsə Mehriban xanım Əliyeva böyük nailiyyətlərə imza atmışdır. Çıxışlarının birində, “həyatda nə böyük, nə də kiçik rol olmur” deyərək, O, həyata və xalqa xidmətə düşüncə və baxışlarını insanlara dəslənmişdı.
2017-ci ildən isə Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti möhtərəm Mehriban xanım Əliyeva daha məsuliyyətli və şərəfli vəzifəni, Azərbaycan Respublikasının Birinci vitse prezidenti vəzifəsini həyata keçirir. Mehriban xanım bu institutun çox yüksək fəaliyyəti ilə formalaşdıran ilk ali dövlət rəhbəri kimi həm də gələcək xələfləri üçün örnək bir təcrübə məktəbi yaratdı.
Birinci virse-prezident vəzifəsinə təyin olunduğu ilk gündən “arxasında xalqın dayandığı Müzəffər Xalqın Müzəffər Liderinin etimadını doğrultmağın elə xalqın etimadını doğrultmaqdır” deyərək, Möhtərəm Mehriban xanım Əliyevə yeni başladığı müqəddəs yolun konturlarlnı bildirmişdir. Ali dövlət vəzifəsi olan O, bu ali dövlət vəzifəsində qısa müddətdə nəcib, önəmli, strateji və çoxşaxəli fəaliyyəti ilə adını çağdaş dövlətçilik tariximizin qızıl səhifələrinə yazmışdır. Qürürverici haldır ki, Möhtərəm Mehriban xanım Əliyeva ali dövlət vəzifəsinə təyin olunanadək Ulu öndərimuz Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi mötəbər təşkilatların xoşmərəramlı səfiri kimi yüksək vəzifələrdə gördüyü işlərlə beynəlxalq təşkilatlarda böyük nüfuz qazanmış, ona göstərilən ən çətin və ali vəzifələri yüksək səviyyədə yerinə yetirməyi əməlləri ilə sübut etmişdi. O, Müzəffər Ali Baş Komandanın silahdaşı kimi, ötən müddət ərzində mükəmməl təcrübəsi, malik olduğu bilik və istedadı, zəhmətsevərliyi, əzmkarlığı, təmkin və səbri ilə xalqın sevimlisinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinə qədər Mehriban xanım Əliyeva həyata keçirdiyi möhtəşəm layihələrlə, xalqımızı və onun mədəniyyətini, incəsənətini, tarixini, xüsusən də Qarabağın həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasında Azərbaycana böyük nailiyyətlər qazandırmışdır. O, bütün bu müddət ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi oldu və hər bir layihəsində Qarabağ Azərbaycandır dedi.Onun uğurlu mədəniyyət diplomatiyası sayəsində beynəlxalq təşkilatlar tətəfindən Qarabağın qeyri-maddi,mədəni və tarixi irsi dünya mirasının tərkibi kimi qəbul edildi. Bir tərəfdən Dövlət Başçımızın yorulmaz fəaliyyəti, uzaqgörən və müdrik siyasəti, sarsılmaz iradəsi sayəsində BMT və digər Avropa strukturlarlnın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini tanıyan siyasi qərarlar qəbul edirdisə, digər tərəfdən UNESCO və İSESCO-da da Qarabağda xalqımız tərəfindən əsrlər boyu yaradılmış qeyri-maddi, mədəni və tarixi irsin Azərbaycanın tükənməz mədəni irsi kimi tanıyan qərarlar qəbul edilmişdi. Möhtərəm Mehriban xanım Qarabağ muğamları, Qarabağ xalçaları, Qarabağ atları, Xarı Bülbül festifalları kimi beynəlxalq səviyyəli layihələrlə Ana Vətənimizin ayrılmaz parçası olan Azərbaycanın bir parçası olan Qarabağın dünya mirasınıa vermiş olduğu töhfələri dünyaya çatdırırdı. Qarabağln işğaldan azad olunması yolunda O, mədəniyyət diplomatiyasının dili ilə ən mötəbər kürsülərdə mükəmməl çıxışlarında erməni yalanlarını ifşa edirdi. Ötən iyirmi il ərzində Möhtərəm Prezidentimiz Dövlətimizin inkişafı və qüdrətlənməsi, xalqımızın rifahının gücləndirilməsi naminə yorulmadan çalışaraq, ölkəmizi inkişaf etmiş ölkələr və Azərbaycan Ordusunu isə dünyanın ən güclü orduları cərgəsinə gətirib çıxarmışdı. Məhz elə bunun nəticəsində Dövlətimizin Başçısının müdrikliklə həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayətində təcavüzkar Ermənistanın ölkəmizə qarşı törətmiş olduğu işğalçılıq siyasəti bütün beynəlxalq müstəvilərdə ifşa olunmuşdu. 44 günlük Vətən müharibəsində, müharibədən sonra Ermənistan ölkə daxilində böhranla üzləşməklə bərabər həm də, dünya birliyində siyasi cəhətdan tam fiyaskoya uğradı. 2003-cü ildən bugünədək möhtərəm Mehriban xanım Əliyeva bütün çoxşaxəli fəaliyyətində həm ölkəmizdə, həm də ölkəmizdən uzaqlarda, beynəlxalq təşkilatlarda həyata keçirdiyi bütün layihələrdə xalqımızın əsrlər boyu yaratmış olduğu mədəni, qeyri-maddi və tarixi irsin qəsbkar Ermənistanın zaman-zaman oğurlayaraq erməniləşdirməyə çalışdığı nadir nümunələrin UNESCO,İSESCO və BMT-nin digər mötəbər qurumlarında, Avropada, eləcə də dünyanın bir sıra ölkələrində Azərbaycan xalqına mənsub olduğunu sübut etmişdi.
Mübaliğəsiz demək lazımdır ki, möhtərəm Mehriban xanım Əliyevanın məharət və uzaqgörənliklə həyata keçirdiyi mədəniyyət diplomatiyasının uğurları 44 günlük Vətən müharibəsi zamanı qazandığımız möhtəşəm Zəfərdə də özünü göstərdi Belə ki, uzun illər dünya erməniliyi və radikal erməni ideoligiyası tərəfindən beynəlxalq aləmdə Azərbaycanda guya xristianlığa və azsaylı xalqlara qarşı ciddi ayrı-seçkilik siyasətinin mövcud olduğunu və antiazərbaycan təbliğatı aparılmış və bir sıra hallarda onlar hətta buna nail ola bilmişdi. Möhtərəm xanım Birinci vitse-prezidentimiz rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Prezidenti, UNESCO,İSESCO-nun Xoşməramlı səfiri kimi beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlığı çərçivəsində keçirilən ardıcıl və məqsədyönlü layihələr sayəsində xalqımızın ən zəngin multikultural dəyərlərə malik olmasını və ən tolerant xalq olduğunu dünyaya sübut edilmişdi. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi ilə ölkəmizin hər yerində bütün dinlərə və inanclara, məxsus abidələr eləcə də erməni kilsələri ən yüksək səviyyədə bərpa edilibdi. Bütün bu layihələrlə O, fərqliliyin və çoxmədəniyyətliliyin Azərbaycan xalqının mahiyyəti və gözəlliyi olduğunu sübut etdi. Möhtərəm xanım Birinci vitse prezident 44 günlük Vətın müharibəsindən sonra da uğurlu mədəniyyət diplomatiyası ilə öz missiyasını yüksək səviyyədə davam etdirir. Onun təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ torpaqlarında Heydər Əliyev Fondu tərəfindən tarixən mövcud olmuş və erməni vandalları tərədindən məhv edilmiş islam, xristian, eləcə də digər inanclara məxsus bütün abidələr bərpa etdirilir. Bununla da möhtərəm Mehriban xanım Əliyeva həyata keçirdiyi mədəniyyət diplomatiyası ilə fərqli mədəniyyətlərə, dillərə və inanclara, rənglərə məxsus olan insanlar dünyanın gələcəyi naminə dialoqa çağırmışdır.
Məhz Onun uğurlu mədəniyyət diplomatiyasının təməlində də insanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, humanizm dili dayanır. Bugün fəxrlə deməliyik ki, möhtərəm xanım Mehriban Əliyevanın sivilizasiyalararası dialoqa, dünya mirasına, davamlı sülhün və birgəyaşayışın təməli olan dostluğa və həmrəyliyə verdiyi əvəzsiz töhfələrə görə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ona böyük etimad göstərilərək ,sonsuz rəğbət bəslənilir. İlk Avropa İdman oyunlarının və IV İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi, müxtəlif beynəlxalq səviyyəli konfransların,forum, festifalların keçirilməsi də məhz bu etimad və hörmətdən irəli gəlir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Qurucusu və Rəhbəri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri… nəhayət,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olan möhtərəm Mehriban xanım Əliyeva fəaliyyəti ilə daima xalqımıza başucalığı gətirmişdir. Xalq arasındakı sadəliyinə, səmimiliyinə və təvazökarlığına görə bu mötəbər Xanım bu gün hər kəs tərəfindən “Sizin Mehriban” adlandırılır.
O, çalışdığı bütün vəzifələrdə ona etimad göstərən insanlar, qurum və təşkilatlar qarşısında hesabat verməyi özünə borc bilmiş və bunları dövlətə və xalqa xidmət etməyin zəruri təməlləri olduğunu göstərmişdi. Onun dünyagörüşündə məsuliyyətlilik, cavabdehlilik, konkret əməl, nəticə və məqsədinə çatmaq dövlət idarəçilik konsepsiyasının əsas istiqamətləridir. Möhtərəm xanım Mehriban Əliyeva çalışdığı bütün vəzifələrdə dövlətinə və millətinə xidmət etməyin yüksək nümunəsini və modelini yaratmışdır. Elə bir model ki, bu hər kəs üçün örnək və təcrübə məktəbidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fəaliyyətini, dövlət və xalq qarşısındakı əvəzsiz xidmətlərini xatırlayarkən, onun yaratmış olduğu və tariximizi zənginləşdirən bir çox ilkləri də qeyd etmək lazımdır: Ən önəmlisi və qürurvericisi isə odur ki, möhtərəm Mehriban xanım Əliyevaya dünyanın, eləcə də Azərbaycanın çoxəsirlik tarixində nadir hadisələrdən və titullardan biri olan Müzəffər Ali Baş Komandanın silahdaşı olmaq, Qalib Xalqın Müzəffər Birinci Xanımı kimi müqəddəs ad nəsib olmuşdu. Belə bir şərəfli ad isə Onun ana südü kimi haqq etdiyi bir tituldur. Müharibənin təhlükəli günlərində xanım Mehriban Əliyavanın Ali Baş Kamandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, eləcə də işğaldan azad olunmuş ərazilərimizə səfəri xalqın şəksiz qələbəmizə inamı bir daha artırmışdı. Döyüşlərin ən qızğın dövründə Mehriban Əliyava Ali Baş Kamandanımızla cəbhə bölgəsində birgə, çiyin-çiyinə ,əsil və sadiq silahdaş oldu. Ali Baş Kamandanımızla bərabər etdiyi bu səfərlər sözün əsil mənasında düşmənə və onun havadarlarına göz dağı olmuşdu. Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün səfərlər, orada çəkilmiş video və fotolardakı Onun məğrur və təmkinli görkəmi bu gün də dünya mediasının baş xəbərinə çevrilmişdi. Bu səfərlərlə O, həm də cəsur Azərbaycan qadınının obrazını, eləcə də Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu dünyaya bəyan edirdi.
Möhtərəm Birinci vitse-prezidentimiz bu səfərlərri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı idi. Əzəmətli olduğu qədər də nəcib və mərhəmətli olan Azərbaycan Respublikasının Birinci xanımının ürəyi daima şəhid analarının ürəyi ilə döyünmüş, onların göz yaşı onun göz yaşı olmuş, müqəddəs Ana-Bacı şəfqəti ilə qəhraman qazilərimizin yarasına məlhəm olmuşdu.Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün bərpası, Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir gələcəkdə də neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. İşğaldan azad olunduqdan qısa müddət sonra Qarabağın incisi, Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşada keçirilən silsilə Xari Bülbül festifalları və beynəlxalq tədbirlərdən dünyaya sülh mesajları göndərilir. Bu gün xanım Mehriban Əliyava möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda uğula başlamış Qarabağa Böyük qayıdışın başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərirlər.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Mehriban xanımın xalqına, millətinə, dövlətinə, humanizmə və insanlığa təmənnasız xidmət etməyini çox gözəl bilir və qiymətləndirir.
Onun ali dövlət vəzifəsinə təyinatı zamanı Dövlət Başçımız tərəfindən: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır” səsləndirilmiş bu fikirlər həm də, hər bir Azərbaycan Qadınına verilən ən gözəl dəyər və göstərilən etimaddır.
İnsanlara “Kimsənsə, elə də olmalısan, bax, budur bizim həyatımız” deyə səslənən, insanlığa xidmət etməkdən zövq alan, Vətəninə xidmət etməkdən yorulmayan, mərhəməti ümmana sığmayan möhtərəm Mehriban xanım Əliyevanı görünür Allahu Təala ülvi missiyalarln təşəbbüskarı və icraçısı kimi xalqımıza bəxş edibdir. Əminik ki, respublikamızın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyətli, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaqdır.
Əziz və möhtərəm Mehriban xanım, Sizin doğum gününüz gözəl bir ənənə kimi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir və hər il qədirbilən xalqımız tərəfindən sevgi və hörmətlə qeyd edilir. Bu əziz gündə və bu gözəl fürsətdən istifadə edərək, Sizi öz adımdan və seçicilərimiz adından ən səmimi duyğularla təbrik edir, möhkəm can sağlığı, uzun ömür və ailənizə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyiniz müqəddəs missiyanızda sonsuz uğurlar arzulayıram. Allah Sizi, xalqımızın Müzəffər Ali Baş Komandanı olan Prezidentimiz möhtərəm cənab İlham Əliyevi və ailənizi qorusun. Amin!
Məlahət İbrahimqızı
Millət vəkili, Siyasi elmlər üzrə fəlsəfə doktoru.