Milli Məclisin deputatı Sevinc Hüseynova seçiciləri ilə görüşlərini davam etdirir. Deputatın bu gün Gədəbəy rayonunun Ərtəpə, Pirbulaq və Soyuqbulaq kəndlərində seçiciləri ilə görüşü baş tutub.
Görüşdə Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.
Millət vəkili seçicilərin müraciətlərini dinləyib, problemləri ilə maraqlanıb.
Seçicilər tərəfindən edilən müraciətlər əsasən, məşğulluq, rabitə və yüksəksürətli internet xidməti, odun yanacağı ilə təmin edilməsi, elektrik təchizatının yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması məsələləri ilə bağlı olub.
Deputat Söyüdlü kənd sakini, Əmək veteranı Gülzar Mürsəlova ilə də görüşüb. Onunla birlikdə ot tədarükü görən ailə üzvlərinə də baş çəkib, qayğıları ilə maraqlanıb.
Millət vəkilinin seçiciləri ilə görüşləri davam edir.