Siyasətinfo xəbər verir ki, “Türkiyə Cümhuriyyəti Tarixi” adlı dərs vəsaiti çapdan çıxıb. Kitab Türkiyə Cümhuriyyəti tarixi seçmə fənni üzrə tədris vəsaitidir. Vəsait tarix və tarix-coğrafiya müəllimliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Bu dərs vəsaitində Türkiyə Cümhuriyyəti tarixinin öyrənilməsinin xronoloji çərçivəsi müəyyənləşdirilərək, dövrün öyrənilməsinə aid mənbəşünaslıq və tarixşünaslıq materiallarının əhəmiyyəti şərh edilib.
Kitabın müəllifləri tarix elmləri doktoru Sevinc Əliyeva və tarix üzrə fəlsəfə doktoru Mehman Ağayevdir.