Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi başa çatıb.
Biz, sakibkar qadınlar üçün yaradılan şəraitə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-yə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”a öz adımdan təşəkkür edirəm.
23 sahibkar qadının lahiyəsi içindən təqdim etdiyim” Degustmart Azerbaijan ” lahiyəm 3-cü yerə layiq görüldü və seçimlərin şəffaf formatda aparildığı üçün təşkilatçılara təşəkkürümü bildirirəm.
Xüsusi qeyd edim ki, layihə çərçivəsində sahibkar qadınların biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlər keçirilib. Qadın sahibkarlara məsləhət xidməti və mentor dəstəyi göstərilib
Sevindirici haldır ki, Azərbaycanda qadın sahibkarların inkişafına dəstək olunur. Bizim də məqsədimiz Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycan brendinə layiqli töhfələr verməkdir. Qadın sahibkarlara yaradılan şərait və dəstəyə görə bir daha hər kəsə təşəkkür edirəm. Gənc Sahibkar olaraq gələcək fəaliyyətimdə də Azərbaycan adına uğurlu addımlar atmaq üçün əlimdən gələni edəcəyimi bildirirəm. Bizim inkişafımız, Azərbaycan brendinin inkişafı, tanınması deməkdir.
Qadın sahibkarlar hər zaman olduğu kimi, bundan sonra da uğur qazanıb, Azərbaycanın adını daim yüksəklərə qaldıracaqlar.