Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar başsağlığı verib.
Partiyanın rəsmi tvitter və feysbuk hesablarında paylaşılan başsağlığında qeyd edilib: “Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin təəssüf və kədər hissi ilə qarşıladıq. Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk”.