YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş professor Hicran Hüseynova Sumqayıt şəhərinin 16-cı məhəlləsində yaşayan seçicilərlə görüşüb.
Görüşdə məhəllə sakinləri ilə səmimi söhbətlər aparılıb, onların problemləri və ehtiyacları ilə yaxından maraqlanılıb.
Deputatlığa namizəd qeyd edib ki, mənim üçün vacib olan bu cür görüşlər, insanların səsini dinləmək, onların qayğılarını eşitmək və problemlərinə həll yolları tapmaq baxımından əhəmiyyətlidir.
Görüş zamanı YAP-ın seçki platforması haqqında məlumat verilib. Ölkəmizin gələcəyi üçün planlaşdırılan layihələrdən danışılıb.
Eyni zamanda, Sumqayıt şəhərinin inkişafı üçün görülən işlər və həyata keçiriləcək yeni layihələr haqqında məlumat verilib. “Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında əldə edilən misilsiz nailiyyətlərə diqqət çəkdim. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi, Vətən müharibəsində qazandığımız tarixi zəfəri təmin etdi, ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar sahələrdə həyata keçirdiyi layihələr isə xalqımızın rifahına və mədəniyyətimizin inkişafına böyük töhfələr verdi” – deyə o əlavə edib.
Eyni zamanda professor seçiciləri ölkəmizin gələcəyi üçün doğru qərar vermək və daha güclü bir Azərbaycan naminə seçkilərdə fəal iştirak etməyə çağırıb.
Vurğulanıb ki, hər bir seçicinin dəstəyi bizim üçün dəyərlidir, çünki birlikdə daha güclü, daha firavan bir gələcək qura bilərik.