VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd, professor Eldar Quliyevin 28 saylı Sabunçu üçüncü seçki dairəsindən olan seçicilərlə növbəti görüşü keçirilib.
Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə növbəti görüş Bilgəh qəsəbəsindəki parkda baş tutub.
İlk olaraq professor Eldar Quliyevin seçki platformasından söz açılıb.
Eldar Quliyev seçiciləri salamlayaraq onlarla hər görüşün yüksək əhval-ruhiyyədə keçdiyini bildirib.
Ölkəmizin hər yerində olduğu kimi Bakı ətrafı kənd və qəsəbələrdə inkişaf, sosial-iqtisadi göstəricilərdən bəhs edən deputatlığa namizəd qarşıda duran hədəflərdən danışıb: “Azərbaycanın bu günki inkişafı ölkəmizdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir. Bu gün Azərbaycan qüdrətli və şərəfli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir və müstəqil Azərbaycan artıq dünyada öz yeri və mövqeyi olan bir dövlət kimi böyük nüfuza malikdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf konsepsiyasına uyğun olaraq bu gün Azərbaycan layiq olduğu mərhələyə yüksəlib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu gün regional və qlobal miqyasda aparıcı dövlət kimi çıxış edir. Azərbaycanda keçirilən mötəbər tədbirlər məhz bu amildən qaynaqlanır. Məhz bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri də Azərbaycana, ölkə Liderinə olan ən yüksək inam və etimadın göstəricisi hesab edilir”.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini bildirən deputatlığa namizəd, professor Eldar Quliyev bütün sərhədlərimizdə şanlı üçrəngli bayrağımızın qürurla dalğalandığını seçicilərin diqqətinə çatdırıb: “Azad edilmiş ərazilərimizdə artıq Böyük Qayıdış konsepsiyasının proqramına uyğun olaraq ardıcıl işlər icra edilir. Qarabağ və Şərqi Zəngəzurun mənzərəsi tamam dəyişir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi ki, yaxın vaxtlarda bu bölgə cənnət-məkan bir diyara çevriləcək. Sözsüz ki, 30 ilə yaxın Ermənistanın törətdiyi vandallığın izləri silinməklə aparılan işlər yaxın zamanlarda keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına əbədi olaraq geri qayıdışı ilə yekunlaşacaq. Azərbaycan bütöv və qalib olkə kimi bundan sonra da bütün sahələrdə özünün müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyasına uyğun olaraq yüksək göstəricilər əldə edəcək.
Bilgəh, Maştağa, Zabratdan olan seçicilər çıxış edərək professor Eldar Quliyevə hər zaman onların yanlarında olduğuna görə təşəkkürlərini çatdırıblar. Əmin ediblər ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkilərində növbəti dəfə professor Eldar Quliyevə səs verəcəklər.
Tapdıq Qurbanlı