16-17 sentyabr tarixlərində Azərbaycan Qadın Sahibkarlığının İnkişaf Assosiasiyasının və TUİB-in təşkilatçılığı, Badam klinikası və Medjoint MMC -nin baş sponsorluğu ilə Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan sağlamlıq günləri 1 Artroplastika” konfransı keçirilib.
Konfransda, əslən azərbaycanlı olan professor Doktor Məhmət Sərdar Binnət və Türkiyədən bir çox türk həkim iştirak edib.
Konfransın birinci günündə yerli və türkiyəli həkimlər tərəfindən bud, çanaq, diz oynaqları ilə bağlı masterklasslar və panel müzakirələri aparılıb.
Qeyd edək ki, konfrans, AQSİA üzvü olan “Med Joint”-in icraçı direktoru Cansu Dalkıranoğlunun təşəbbüsü ilə baş tutmuşdur.
AQSİA idarə heyətinin üzvü Vəsilə Abdulova, çıxış edənlər siyahısında yer alaraq, üzvümüzə bu uğurunun davamını arzulayaraq, qadın həmrəyliyinin bütün sahələrdə vacib olduğunu vurğulayıb.
AQSİA üzvləri öz xidmətlərini təklif edən stendlər açaraq tədbirdə iştirak edib.