“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda ordu quruculuğu daha böyük xarakter alıb. Baxmayaraq ki, şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib, bununla belə, ordunun gücü getdikcə daha da artırılmaqdadır”.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışına münasibət bildirərkən söyləyib.
Millət vəkilinin sözlərinə görə müharibə sonra Ordu rəhbərliyi qarşısında qoyulan vəzifələr ilk növbədə itirilən yerlərin qısa zamanda doldurulması idi: “Azərbaycan ordusu 44 günlük müharibədəki itkilərinin yerini qısa müddətdə bərpa etdi. Eyni zamanda, itirilmiş hərbi texnika, əvvəlkindən daha üstün və effektiv şəkildə yerinə bərpa olundu. Bundan başqa, ordumuzun silah arsenalına yeni silahlar gətirilməkdədir. 44 günlük savaş bir sıra məsələlərə yenidən baxmağı zəruri edirdi. Bunlardan biri də ordunun silah arsenalındakı silah növlərinin hansının effektib olub-olmaması idi. Çünki, silahlar sınaq meydanında deyil, bir başa savaş meydanında yoxlanıldı. Hansının daha effektiv, hansının artıq günün tələblərinə cavab verməməsi üzə çıxdı. Bu baxından, yeni dövrdə ordumuza qazandırılan silahlar, hərbi texnikalar demək olar ki, bir təcrübənin nəticəsidir. O təcrübə müharibədir”.
A.Məmmədov bildirib ki, Müdafiə Nazirliyinin nəzdində Komando Qüvvələrinin yaradılması gələcəyə doğru hesablanmış müdrik addımdır: “Biz görürük ki, müharibə başa çatmasına baxmayaraq Azərbaycan hər il dövlət büdcəsindən müdafiə xərclərini artırmaqdadır. Çünki, dünyada, o cümlədən bölgəmizdə gərginləşən ictimai-siyasi vəziyyət hər zaman dövlətimizi və xalqımızı təhdid edən bir vəziyyətdir. Cənab Prezidentin qeyd etdiyi kimi bu gün Azərbaycan ordusu 44 günlük müharibədən əvvəlki dövrdən indi daha da güclüdür. Əgər ötən illərdə bizim ordumuz daha çox gücünü torpaqlarımızın işğaldan azad edilməsinə yönəltmişdisə, bu gün artıq, ordumuzun öz günü Ermənistanın dağılmış ordusuna yönəlik deyil, daha güclü ordularla rəbaqət aparacaq: “Cənab Ali Baş Komandan bu günlərdə xüsusi təyinatlılarla görüşdə bidirdi ki, “Bu gün güc də Azərbaycanın tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”. Göründüyü kimi, cənab Prezidentin bəyanatları kifayət qədər aydındır”.