İran hər zaman işğalçı, müsəlmanlara qarşı terror törətmiş, soyqırım aktları icra etmiş Ermənistanın yanında olub. Bu gün Tehran rejiminin Ermənistanla bağlı atmış olduğu addımlar heç də təəcüblü deyil. Özünü İslam dövləti adlandıran bir ölkənin bu cür “davranışları” heç bir məntiqə sığmır. Bu mənada Ermənistanı silahlandırması, imzaladıqları silah sövdələşməsi Tehran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımıdır.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O hesab edir ki, Molla rejimi hər zaman Ermənistana dəstək olub: “Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandıran Tehran respublikası müsəlmanların qanına susamış, İslam dəyərlərini təhqir etmiş, barbacasına dağıtmış bir ölkəyə qucaq açıb, onu dəstəkləyib. GörünürAzərbaycanın öz torpaqlarını azad etməsi Tehran rejiminin planlarını puç edib. İran bu ərazilərdən münbit narkotik və silah qaçaqmalçılığı marşrutu kimi istifadə edirdi. Bu “yolun” bağlaması Tehranın Azərbaycana qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətinin açıq xarakter almasına səbəb olub”.
Deputat deyib ki, İranın Ermənistana hədiyyə etdiyi raketlərin İrəvanın hansı dövlətə qarşı istifadə edəcəyi ilə bağlı sirr mövcud deyil: “Fakt odur ki, İslam dövləti terrorçu, müsəlmanlara qarşı soyqırım etmiş Ermənistanı müsəlman Azərbaycana qarşı silahlandırır. Bu yalnız terrora açıq dəstək kimi başa düşülə bilər. Çünki bunun başqa izahı yoxdur. Tehran rejimi bununla da Ermənistana olan “qardaşlığını” Azərbaycana olan qərəzli mövqeyini, düşmənçiliyini ortaya qoymuş oldu”.