Milli Məclisin deputatı Aqil Məmmədov Türkiyədə səfərdə olub.
Aqil Məmmədov, Nişantaşı Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan konfransda iştirak edib. Azərbaycanın İstanbul Baş konsulluğunun təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən konfransda, millət vəkili Musa Qasımlı, Türkiyə Respublikasının İstanbul Baş konsulu Nərminə Mustafayeva, Nişantaşı Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın habelə digər rəsmi şəxslər iştirak edib.