20-ci əsrdə azərbaycanlıların 5 dəfə öz yurdundan deportasiyaya məruz qalması Rusyanın Cənubi Qafqaza gəlişindən sonra başladı. O zamana qədər Suriyada, livanda, Turkiyədə,Iranda və Iraqda yaşayan haylara heç kim diqqət etmirdi.
Hər şey 18-ci əsrdə Səfəvilərin zəifləməsindən sonra l Pyotorun 1724-cü ilin noyabrın 10-da (300 il sonra 2020-də noyabrın 10-u Zəfər bayramı olaraq qeyd ediləcək) hayların (ermənilərin) Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd, Bakı daha sonra Gilan və digər ərazilərdə məskunlaşmasını rəsmiləşdirən fərmanla başladı. Fərmana görə haylar Rusiya imperiyasının Cənubi Qafqazı və Iran körfəzinin işğalında “beşinci qüvvə” rolunu oynayacaqdılar. Plana görə nə yolla olur olsun yerli əhali olan azərbaycanlilar öz döğma yurdlarından deportasiya ediləcəkdi.
Lakin o zaman Rusiyanın hərbi uğursuzluqları bu planı kısa bir zaman üçun dondurmuş oldu.
İranın məğlub olması, o zamankı Rusiya ilə İran arasında sülh danışıqlarının başlanmasına səbəb oldu. 1813-cü il oktyabr ayının 12-də Qarabağda hər iki dövlətin səlahiyyətli nümayəndələri arasında on bir maddədən ibarət olan Gülüstan sülh müqaviləsi imzalandı.
Müqavilənin üçüncü bəndinə görə, Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilən Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya imperiyası hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, eynən də indi bərqərar edilən Qafqaz sərhəd xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperatoriuğu mülkiyyətinə mənsub olduğunu qəbul edir.
Daha sonra 1828-ci il fevralın 10- da Təbriz yaxınlığında bağlanan Türkmənçay müqaviləsinə görə yenə üçüncü maddəyə əsasən İran şahı Arazın o tayı və bu tayı üzrə İrəvan xanlığının və Naxçıvan xanlığının Rusiya imperiyasının tam mülkiyyətinə güzəşt edir. Bundan sonra “beşinci qüvvələrin” (hayların) işi asanlaşır.
Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40.000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılır. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90.000 erməni də Azərbaycanda yerləşdirilir. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilirlər.
Rus diplomat və yazıçısı A. S. Qriboyedov yazırdı: “Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”.
Amerikalı alim C.Makkartinin öz yazılarında, Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100.000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər”.
Amerikalı alimin göstərdiyi rəqəmlərə görə 1877–1878-ci illər müharibəsində, ruslar işğal etdikləri Qars–Ərdəhan vilayətindən müsəlmanları qovaraq onların yerinə 70.000 erməni yerləşdirmişlər. 1895–1896-cı hadisələrində təxminən 60.000 erməni Qafqazda məskunlaşdırılmışdır. Birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400.000 erməni Qafqazın 400.000 müsəlman əhalisinə dəyişdirilmişdir.
1828 və 1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araz çayının şimalında erməni əhalisi sürətlə artmağa başlamışdır. Bunu Z. Balayanın özü etiraf etmişdir: “Onun (İrəvanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur”.
Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, “Erməni vilayəti” adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə isə yenidən dəyişdirilərək İrəvan quberniyası olmuşdur
Ermənilər köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.
A.S.Qriboyedov yazırdı:”Rus ordusunun tutduğu ərazilərdən-Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.” Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirilirdi.
N.N.Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır”.
N.İ.Şavrov sonra qeyd edirdi ki, erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox dövlət torpaqları ayrılmış, habelə müsəlmanlardan 2 milyon manatdan yuxarı xüsusi torpaqlar da pulla alınaraq ermənilərə paylanmışdır.
1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Daha sonra keçmiş Alban dövlətinin qərb əraziləri (Qarabağ regionu) ermənilərin XIX əsrdə sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi, həmin yerlərin əhalisinin Qriqoryanlaşdırılması, erməniləşdirilməsi prosesi başlandı
Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi, toponimləri də zamanla dəyişdirilməyə başlandı.
O ki qaldı haylar kimdirlər, hardan gəliblər, Qədim dünya tarixçiləri Heredot, Evdoks protoermənilərin mənşəyinin frakiya-friqiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Şərqşünas İ.M.Dyakonov qeyd edirdi ki, nə qədər ki, qədim erməni dili Ərməniyə yaylasının yerli əhalisinin, xalqlarının dili ilə qohum deyil, aydındır ki, onlar buraya kənardan gətirilmişdir. Protoermənilər ilkin olaraq yuxarı Fərat vadisində olmuşlar.
Fransız mənşəli qafqazşünas alim İ.Şopen yazırdı ki, aydınlaşdırmaq çətindir ki, ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adıyla dəyişib tərcümə ediblər. Aydındır ki, Yafes mənşəli Şimaldan gəlmə dağlı armenlə, cənubdan gəlmə sami mənşəli haykanların(hayların) heç bir ümümi oxşarlığı yoxdur.
XX əsrin əvvəllərində N.Adens yazırdı: “Eramızdan əvvəl VIII əsrdə Trakiyada (Frakiya), Balkanlarda qədim Misir yazılı abidələrinin yazdığına görə “dəniz xalqlarından” biri olan kimmerlər meydana çıxdı. Onlar ermənilərin əcdadları ilə müqavilə bağladılar. özləri ilə birlikdə şərqə, Kiçik Asiyaya aparıldılar.”
Rus qafqazşünası İ.Şopen XIX əsrdə yazmışdır;”Ermənilər Anadolu dağlarının şimal vadilərinə gələn Frigiyalılar və Poliyalılar tayfasıdır.”
Fikrimcə əlavə şərhə gərək yoxdur.
iki əsr ərzində Şimali Azərbaycan torpaqlarında mərhələ-mərhələ yerləşdirilən ermənilər 1918-ci ildə, Qərbi Azərbaycanın etnik-tarixi torpaqlarında özlərinə havadarlarının yardımları ilə Ermənistan adlanan dövlət qurdular, baxmayaraq ki, öz dillərində Hayastan deyirlər.
Mövcud olduqları gündən bu yana yəni 1918-1920-ci illərdə Qərbi Azərbaycan torpaqlarında yaratdıqları Ararat Respublikası və 29 noyabr 1920-ci ildə Qızıl Ordu birliklərinin İrəvan şəhərinə daxil olması ilə Azərbaycan torpaqlarında qurulan Sovet Ermənistanı zamanı haylar(ermənilər) öz ərazilərini qonşu dövlətlərin(Türkiyə, Azərbaycan,Gürcistan) ərazisi hesabına genişləndirmək siyasəti yürütmüşdür. Yarandığı gündən, bütün qonşularına qarşı torpaq iddiaları ilə çıxış edir. Bu iddialarının nəticəsi olaraq Ermənistan hər zaman qonşuları ilə hərbi münaqişələr yaşamışdır.
Səbinə Uğur