Hörmətli 21 saylı Nəsimi-Binəqədi rayonları üzrə Seçki Dairəsinin Sakinləri,
Əziz Seçicilərim,
Qiymətli Şəhid və Qazi Ailələri,
Müdrik Ağsaqqal və Ağbirçəklər,
Dəyərli Gənclər,
Bildiyimiz kimi bu ilin 1 sebtyabr tarixində ölkəmizdə Milli Məclisə 7-ci çağırış növbədənkənar seçkilər keçirildi. Seçkinin təbliğat kampaniyasında, eləcə də səsvermə günü çox fəal iştirak edərək, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin imzası ilə təsdiq edilmiş YAP-ın vahid namizədlərini, eləcə də mənim namizədliyimi dəstəklədiyinizə görə hər birinizə təşəkkür edirəm. Sözsüz ki, Sizin bu dəstəyiniz və etimadınız ümumxalq partiyası olan YAP-a, onun qurucusu, ulu öndər Heydər Əliyevə və bugün partiyamızın sədri olan möhtərəm cənab İlham Əliyevə olan inam və etibardır. Sizin bu əvəzsiz dəstəyiniz və etimadınız bizə Ali Qanunverici Hakimiyyət üçün mandat qazandırdı. Mətbuatdan da xəbər verildiyi kimi, Seçki Məcəlləsinə uyğun olaraq bugün MSK-nın keçirilmiş seçkinin nəticələri ilə bağlı qərarı Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.
Sizin qarşınızda və eləcə də Partiyamızın Sədri qarşısında borcluyuq. Və bu şərəfli etimadın necə məsuliyyət olduğunu da dərk edirik. Sizi ümidvar etmək istəyirəm ki, ötən çağırışlarda olduğu kimi 7-ci çağırış dövründə də daima Sizinlə bir yerdə olacağıq. Yeni Dövrdə Yeni Azərbaycanla Sizlərlə bərabər möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dövlətimizin bundan sonra da güclənməsi, xalqımıxın rifahının daha da yaxşılsşması yolunda həyata keçirdiyi siyasətə xidmət edəcəyik.
Əziz Seçicilərim,
Seçkinin təbliğat və təşviqat dövründə qaldırdığınız bütün problemlərin həll olunması üçün müvafiq səlahiyyətli qurumlara müraciət edəcəyəm.
Bir daha hər birinizə sonsuz minnətdarlığımı bildirirəm.
Yaşasın Azərbaycan Xalqı!
Hörmətlə Məlahət İbrahimqızı