Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında gənclərlə görüş keçirib.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə qatıldığını diqqətə çatdırıb, gəncləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. Çünki gənclər cəmiyyətin aparıcı qüvvəsidir.
Tədbirdə deputatlığa namizəd Məlahət İbrahimqızı, ilk olaraq, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıb. Məlahət İbrahimqızı dövlət gənclər siyasətinin uğurlarından danışaraq hər bir gənci onlar üçün yaradılan şəraitdən faydalanmağa çağırıb.
O qeyd edib ki, gənclər ölkəmizin ictimai-siyasi həyatında da fəal iştiak edir və bu baxımdan, onların parlament seçkilərində mövqeyi önəmlidir.
Tədbirdə çıxış edən gənclər dövlətimizin, Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi diqqət və qayğıdan bəhs edərək, parlament seçkilərində öz səsvermə hüquqlarından istifadə edərəcəklərini vurğulayıblar.