2024-cü il Paris Olimpiya Oyunlarını “sülh və ümid anı” kimi təqdim edən Fransanın əməlləri ilə niyyəti arasında olan ziddiyyəti artıq bütün dünya gördü. Rəsmi Parisin kolonial və neokolonial siyasəti bir daha özünü nümayiş etdirdi. Emmanuel Makron hakimiyyətinin məkirli siyasətinə xidmət edən “France2” telekanalının səsləndirdiyi qəbuledilməz ifadələr, Azərbaycana qarşı yer alan əsassız iddialar məhz onun çirkin kampaniyasının tərkib hissəsi idi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycana qarşı səslənən absurd və riyakarlıqdan qaynaqlanan iftiralar Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə ziddiyyət təşkil edir: “Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər ölkəmizə qarşı aparılan növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir Ona görə də, Azərbaycan bu kimi halların bir daha təkrarlanmaması üçün Fransanın üzrxahlıq etməsini tələb edir”.
Məlahət İbrahimqızı hesab edir ki, bu kimi məkirli kampaniyalar Fransanın ermənipərəst mövqeyindən qaynaqlanır: “Hər addımda ermənidən daha çox erməni olmağa çalışan Makron öz ölkəsi daxilində olan ziddiyyətlər və problemlər məngənəsində çox aciz görünür. Bu günlərdə Yay Olimpiya Oyunlarının açılışı zamanı yaşananlar bir daha rəsmi Parisin mahiyyətini açıq şəkildə bir daha biruzə verdi”.
Millət vəkilinə görə, rəsmi Parisin islamafobiya, ksenofobiya, dini, milli ayrı seçkilik fonunda xalqlar və dövlətlər arasında münaqişələrin alovlanmasında nə dərəcədə maraqlı olduğunu indi hər kəs görmüş oldu: “Çünki Olimpiya Oyunlarının açılışı zamanı Fransanın məkirli təbliğat ruporlarının erməni təmsilçiləri az qala “öz doğmaları” kimi təqdim etmələri, bunun fonunda Azərbaycana qarşı səslənən qərəzli və tamamilə qəbuledilməz fikirlər əslində Makron hakimiyyətinin tövbəti təzühürü idi. Təbii ki, Makron kimi siyasətçilər bu kimi niyyətləri ilə uzağa gedə bilməyəcək”.