Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.
Siyasetinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə sədrin daha bir müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.
Qeyd edək ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.