Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçıları və Rusiya sülhməramlılarına Qətərdə keçirilən Dünya Çempionatının Argentina və Fransa yığmaları arasındakı final oyununu izləməsi üçün şərait yaradılıb.
Siyasetinfo xəbər verir ki, onlar ərazidə quraşdırılmış iri monitor vasitəsilə İctimai TV-nin efirində oyunu izləyiblər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.