Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva YAP Suraxanı rayon təşkilatının inzibati binasında növbəti seçici qəbulu keçirib.
Sevinc Fətəliyeva seçicilərlə fərdi qaydada görüşüb, onların problemlərini, müraciətlərini dinləyib. Vətəndaşlar tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb. Müraciətlər qanunauyğun şəkildə həll olunması üçün qeydiyyata alınıb.
Deputat seçicilərin qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq qurumlara müraciət ediləcəyini bildirib.