Siyasətinfo xəbər verir ki, Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir təşkil edib.
İlk öncə paytaxt ərazisində yerləşən Bakı Zooloji Parkına şəhid və qazi övladlarının ekskursiyası təşkil edilib. Daha sonra təşkilatın mərkəzi qərargahında şəhid və qazi övladlarına əyləncəli proqram təşkil edilib.
Çıxış edən Dayaq Təşkilatının sədri Qalib Əliyev və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov şəhid və qazi uşaqlarını təbrik edərək vurğulayıbları ki, uşaqlar bizim gələcəyimizdir. Natiqlər çıxışlarında bildiriblər ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunur.
Bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verməkdir.