Siyasətinfo xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva da iştirak edib.
Professor Hicran Hüseynova tədbirdə çıxış edərək Azərbaycanda qadınların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Millət vəkili bildirib ki, Şərqdə ilk dəfə 1918-ci ildə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Bu gün ölkəmizdə sahibkar qadınlarımızın, assosiasiyalarının, cəmiyyətlərinin sayı artır.
Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev qadınların idarəetmədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verib. Ulu Öndər qadın hüquqlarının müdafiəsini siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib, milli qadın hərəkatının formalaşması, institutlaşması üçün böyük işlər görüb. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev, Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadınların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalayıb”.